Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oğrular polisi aldada bildilər - amma onları qoyunlar "həbs etdi" + VİDEO
Tarix: 25-01-2016 | Saat: 16:26
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Oğrular polisi aldada bildilər - amma onları qoyunlar "həbs etdi" + VİDEO


Polislərdən qaçmağa müvəffəq oldular, qoyunlardan qaça bilmədilər.

Yeni Zellandiyada dörd avtomboil oğrusunun başına gələn qəribə hadisə xəbərə çevrilib. Polislərin yerə atdığı tikanlı məftillərdən belə yan keçən oğrular qoyun sürüsü ilə qarşılaşanda qaçmağa yer qalmayıb.

Bildirilir ki, maşın oğurluğunda şübhəli bilinən gənclər polislərin "saxla" əmrinə tabe olmayıb. Sürətlə aradan çıxmağa çalışan soyğunçular izlərini itirə bilməyib. Polislər onların arxasınca düşsə də, şübhəlilər 90 dəqiqə qaça bilib. Bu müddətdə onlar asayiş keşikçilərinin qurduğu tələlərdən də necə deyərlər, üzüağ çıxıb. Tikanlı məftil təkərlərdən birini sıradan çıxarsa da, onlar uzun müddət yola davam edə bilib.

Bütün maneələri arxada qoyan oğruları qarşıda böyük bir sürpriz gözləyib. Otlaqdan gələn qoyunlar yolu tutduğundan şübhəlilər irəliləyə bilməyib. Özlərini yetirən polislər şübhəliləri mühasirəyə alaraq, onları zərərsizləşdirib.

Ancaq oğruların yaxalanmasını polislərin uğuru kimi qələmə vermək olar. Təsadüfən, şübhəlilərin yolunu kəsən qoyun sürüsü onların arxasında qaçan polislərdən birinə məxsus imiş


Xəbəri paylaş

6368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___