Abdul Xaliddən sevgililərə jest - "Gül" - VİDEO
Tarix: 25-01-2016 | Saat: 09:23
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər
Tanınmış estrada müğənnisi Abdul Xalid "Gül" adlı mahnısını dinləyicilərə təqdim edib.
"14 fevral Sevgililər günü" ərəfəsində üzə çıxarılan bəstənin sözləri meyxanaçı Vüqar Abdulova, musiqisi Xalidin özü ilə bəstəkar-aranjimançı Bəbir Bəbirliyə məxsusdur.
Saytımıza açıqlama verən müğənni, yeni mahnısının real hitə namizəd olacağından əminliklə danışdı:
"Aylardır "Gül"ün üzərində çalışdıq və nəhayət bu gün dinləyicilərə təqdim etməyin məmnunluğunu yaşayırıq.
Baxmayaraq ki, mahnını uşaqlıq dostum, peşəkar musiqiçi Bəbirlə birgə yazmışıq, amma mən özümə bəstəkar demək istəmirəm. Mahnı yazmaq həvəsim oyanan anda köməyimə Bəbir gəlir. İllərə söykənən doğma münasibətimiz daim yaradıcı işimizə öz müsbət təsirini göstərir.
Ürəkdən gələn gözəl sözlərə görə dəyərli meyxanaçı qardaşımız Vüqar Abdulova minnətdarlığımı bildirirəm.
Bu təşəkkürdən başda Bəbir olmaqla, musiqiçi dostlarımıza, eləcə də
səsi ilə bəstəyə xüsusi fərqlilik qatan istedadlı müğənnimiz Əminə Şirinqızına da pay düşür.
Əsl eşqdən bəhs edən mahnımız sevib-sevilənlər üçün daha bir məhəbbət himninə çevriləcək".
Oxucularımız yayımladığımız linkə daxil olub "Gül"ə qulaq asa bilərlər.
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

23-11-2019, 16:03
İsa Məsihin heykəlinə forma geyindirdilər - FOTO
17-08-2016, 21:24
Aeroport yolunda 3 maşın toqquşdu: YARALILAR VAR
13-12-2018, 16:39
“100 şəhid anasına 11 min ödəməyə hazıram” -Azərbaycanlı iş adamı
8-12-2015, 21:37
Bərzanidən Türkiyəyə dəstək
27-12-2016, 15:48
Ərdoğanın xahişi ilə veriliş açır - İlk qonağı prezident olacaq
28-07-2017, 13:23
Bakıda supermarket rəhbərliyi oğrunu dörd saat soyuducuda saxladı
16-07-2017, 11:24
Ölümündən 123 gün sonra əkizlərini dünyaya gətirdi - HEYRƏTAMİZ HADİSƏ
14-09-2016, 18:59
Azərbaycanda yeni Sənaye Parkı yaradılır - PUL AYRILDI
27-04-2016, 17:38
SOCAR-ın borcu 6 milyardı keçdi
26-08-2017, 18:33
13 yaşlı oğlan özünü asdı-QAXDA