Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
14 yaşında oğurlanan qız: "22 saatda 110 kişi məni zorladı"
Tarix: 22-01-2016 | Saat: 17:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

14 yaşında oğurlanan qız: "22 saatda 110 kişi məni zorladı"
"Məni 110 kişi 22 saat ərzində zorladı. Sonra fahişəliyə vadar olundum. 20 dollara satılırdım. Pulun hamısını sutenyorum alırdı, mənə həftəsonunda çox cüzi miqdarda pul verirdi ki, yemək, dərmanlar, paltar, kosmetika ala bilim. Alınan pul, təbii ki, heç nəyə çatmırdı".

Britaniyalı Meqan Stivens hamilədir. Mart ayında o, ana olacaq. Meqan indi normal ailə qurduğunu deyir. Əri ilə hələlik qeyri-rəsmi nikahda olsa da, izdivac uşaq doğulandan sonra rəsmiləşəcək.
Meqan Stivensin başına gələn dəhşətlərdən "Alınan və satılan" ("Bought and Sold") kitabında bəhs olunur.
Daha doğrusu, 14 yaşında oğurlanan və fahişəliyə vadar edilən, 6 il sərasər küçələrdə bədənini satan qız yaşadığı cəhənnəmdən özü bəhs edib.

Meqan 14 yaşı olanda anası onu Yunanıstana istirahətə aparmışdı. Orada oğurlanıb, kölə edilib və fahişəliyə vadar olunub.
Bordellərdə "işləyən" Meqan 20 yaşı olanda qaça bilib. Daha doğrusu, o, biləyində damarlarını kəsib. Qan içində olan qızı sutenyoru xəstəxanaya aparıb. Meqan da fürsət tapıb, xəstəxanadan qaçıb və polisə yollanıb.
O, indi vətəni Britaniyadadır və ana olacağı günü gözləyir.
İndi 25 yaşı olan Meqan fahişəliyə vadar olunduğu illərdən bəhs edən kitabında insan alveri qurbanlarına yardımların daha da effektiv olmasını istəyir.
"Fahişəlik etdiyim dönəmlərdə adətən gündə 50 kişiyə "xidmət" etməyə vadar olunurdum. Bir dəfə isə 22 saat ərzində 110 kişi məni "zorladı". Ağrılardan öləcəyimi düşürdüm. Sutenyorum Leon adlı adamdı. İndi də məni tapacağından qorxuram. Ona görə də ünvanımı, telefonumu gizlədirəm, jurnalistlərə demirəm. Qadın alveri biznesinin nə olduğunu bilirəm. Onlar məni tapıb öldürə bilərlər, ailəmdən qisas alarlar", - Meqan söyləyib.
Meqanın sözlərinə görə, ötənləri xatırlayanda kədərlənir, qüssələnir: "Hərdən fikirləşirəm ki, axı niyə belə oldu?! Niyə bütün bunlar mənim başıma gəldi, başqalarının əlində oyuncağa, heyvan kimi alınıb-satılan insana çevrildim?! Martda övladım doğulmalıdır. Tanrıya yalvarıram ki, uşağım olandan sonra o cəhənnəmi unudum".
14 yaşı olanda anası onu Yunanıstana istirahətə aparmışdı.

"Axşamlardan birində sahildəki restoranda idim, şam yeməyi yeyirdik. Jak adlı alban gənc mənimlə tanış oldu. 22 yaşı vardı. Mənə vurulduğunu dedi. Anam başqa kişi ilə söhbət edirdi. O kişi barın sahibi Nikosdu. Jakla sonralar bir neçə dəfə görüşdük. Məni teatra, zooparka aparırdı. Anamdan icazə alırdı. Sonra dedi ki, böyüməyimi gözləyəcək, mənimlə evlənəcək. 14 yaşlı qızdım, ona inandım. Anama danışdım. O isə sadəlövhcəsinə, məsuliyyətsizcəsinə dedi ki, "yaxşıdır, əladır". Yunanıstanda qaldım və Jak məni Afinaya apardı, onun mənzilində yaşamağa başladıq. Jak deyirdi ki, anası xərçəng xəstəsidir, qalxanabənzər vəzində şiş var, müalicəsinə çoxlu pul gərəkdir. Məndən xahiş etdi ki, yaxşı rəqs edirəm, buna görə barda rəqqasəlik etsəm, anasının müalicəsinə pul yığa bilər. Razılaşdım, çünki Jak anasının cərrahiyyə əməliyyatı üçün gərəkli məbləği toplayan kimi rəqqasəlikdən əl çəkə biləcəyimi dedi.
Barda topless, yəni qurşaqdan yuxarı çılpaq vəziyyətdə rəqs etməyə başladım. Bunu Jakın anası üçün etdiyimə əmindim. Amma oradakı hər dəqiqəmdə özümə nifrət edirdim. Mənə şəhvətlə baxan kişilərin baxışlarından iyrənirdim.
İki həftə sonra Jak məni Leon adlı şəxslə tanış etdi və dedi ki, yeni bossumdur.
Jakla Leon yunan dilində danışdıqlarından heç nə anlamadım. Amma Leonun Jaka bir topa pul verdiyi nigördüm. Sən demə, məni satın alıbmış, xəbərim yoxdu.
Leon gülümsəyərək soruşdu: "Meqan, işindən xoşun gəlir, deyilmi?!"
Pərt qalmışdım. Jak mənə ürək-dirək verdi, "Səni sevirəm, unutma, sadəcə, rəqs edirsən" dedi.
Jak sonra məni tanımadığım küçələrdən birində ofisə apardı. Orada yuxarı mərtəbəyə qalxdıq, Jak otaqlardan birinin qapısını açdı və məni itələyib oraya saldı.
Otaqda çarpayı, küncdə də videokamera vardı. Çox qorxmuşdum, oradan çıxmaq istəyirdim. Ağlamağa başladım. Jak "Səsini kəs!" dedi, sonra məni yumruqla vurub çarpayıya yıxdı. Sonra otağa tanımadığım kişi girdi, paltarlarımı cırıb bir kənara atdı və məni vəhşicəsinə zorladı", - Meqan deyir.
Meqan ağlayıb, Jaka yalvarıb, anasına zəng vurmaq istədiyi deyib. Jak icazə verməyib.
Jak onu otaqdan çıxarıb və motosiklə mindirərək şəhərin ucqarına aparıb. Burada Meqanı kiçik otağa salan Jak onu yenə döyüb: "Məni döyəndən sonra Jak getdi. Gecə idi, saatlarla o otaqda qaldım. Afinada heç yeri tanımadığımdan qorxudan ağlayırdım. Jak qayıdanda elə sevinmişdim ki... Axı o, Afinada tanıdığım yeganə insandı".
Ertəsi gün Jakla Leon onu otelə aparıblar və orada 14 yaşlı Meqan fahişəliyə başlayıb.
Meqan hər gün ən azı 8-10 "müştəri"ni qəbul edirdi.

Üç ay sonra Meqan hamilə olduğunu deyəndə Jak onu təpikləyib. Aldığı zərbələrdən Meqan uşaq salıb.
6 ay sonra Jak Albaniyaya qayıdıb, onu isə alban Elekə verib.
Elek qızı bordelə aparıb və 5 dəqiqə üçün 20 avro hesabı ilə satmağa başlayıb.
Meqan gündə orta hesabla 50 kişi ilə yatağa girmək məcburiyyətində idi.
5 ay sonra Elek Meqanı Saloniki şəhərinə apararaq Kristof adlı sutenyora satıb.
"Məni gülümsəməyə vadar edərək fotolarımı çəkir, anama yollayırdılar. Məcbur edirdilər ki, güya kafedə işlədiyimi yazım. 20 yaşım olanda oradan qaça bildim. Biləyimdə damarlarımı kəsmişdim, intihar etmək istəyirdim. Xəstəxanada olanda fürsət tapıb qaçdım, yaxınlıqdakı polis idarəsinə getdim, başıma gətirilənləri danışdım. Sonra məni vətənə, Britaniyaya yolladılar. Anamla indi hərdən danışırıq, amma onu tez-tez görmək istəmirəm", - Meqan bildirib.
... BMT ekspertlərinin dediklərinə görə, hazırda dünyada 2,4 milyon şəxs insan alverinin qurbanıdır. Onların 80 faizi seks köləsi kimi istismar olunurlar. İnsan alveri cinayətkarlara ildə 150 milyard dollar xalis gəlir verir.


Xəbəri paylaş

1 0558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___