Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Tarix: 22-01-2016 | Saat: 16:49
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Məmmədova 4 uşaq anası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Amanxan Nəcəfovun (1938-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xeberaz.az xəbər verir ki, ötən il iyulun 25-də rayonun Avaran kəndində yaşayan Amanxan Nəcəfov ailə münaqişəsi zəminində gəlini Sevinc Məmmədovaya (1977-ci il təv.) ov tüfəngindən atəş açaraq, onu qətlə yetirib.

Həmin gün hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “IJ-16” markalı odlu silah maddi sübut olaraq götürülüb.

Mərhumun yaxınlarının bildirdiyinə görə, münaqişələr mərhumla əri arasında bundan əvvəl tez-tez baş verib, S.Məmmədova 4 uşaq anası olub.

Məhkəmə prosesində A.Nəcəfov ittiham üzrə özünü təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi-rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO
Gəlinini güllələyən 78 yaşlı Qusar sakini 18 il cəza aldı - FOTO


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___