Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Biz hamımız azərbaycanlıyıq.
Tarix: 08-04-2015 | Saat: 10:39
Bölmə:Karusel / İdman / M2 / Müsahibə | çapa göndər

Biz hamımız azərbaycanlıyıq.
“Neftçi” klubunun Müşahidə Şurasının sədri, yazıçı Çingiz Abdullayev “Günəbaxan” verilişinin qonağı olub. “ xeberaz.az”ın məlumatına görə yeni sədr Rahil Sayadoğlunun "Xəzər-Lənkəranla olan münasibəti yaxşılaşdırmaq istəyirsinizmi?" sualına belə cavab verib:
“Bu həftə baş tutacaq Lənkəran səfərinə komanda ilə mən də gedəcəm. İnanmıram ki, hər hansı gərginlik olsun. Klublar arasında idman gərginliyi olmalıdır. “Talış”, “Bakı” kimi axmaq söhbətlər lazım deyil. Biz hamımız azərbaycanlıyıq, bir millətik. Keçən dəfə stadionu da yandırıblar. Biz dərk etməliyik ki, bu futboldur, idmandır. Kim daha yaxşı oynayırsa, o qalib gəlsin. Bu axmaq söhbətlər yığışdırılmalıdır. Onsuz da 1993-cü ildə Azərbaycanı bölürdülər. Talış-Muğan Respublikası, Ləzgilər, o biri tərəfdə də ermənilər... Onsuz da Azərbaycanı parçalamaq istəyirlər. Unutmayaq ki, biz azərbaycanlıyıq”.
Abdullayev “Neftçi uduzsa, futbolçuları hansı cəza gözləyir?” sualını da zarafatyana cavablandırıb:
“Futbolçuları heç bir cəza gözləmir. Özüm də gedəcəyəm. Görsəm ki, “Neftçi uduzur, meydana çıxacam. Bəlkə, qol da vurdum”.
Qeyd edək ki, “Böyük oyun” aprelin 9-u “Xəzər Lənkəran”ın mərkəzi stadionunda baş tutacaq.
Xatırladaq ki, dünən Çingiz Abdullayevin ad günü idi.


Xəbəri paylaş

7758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___