Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə saxta spirtli içki satmaq istəyən şəxs saxlanılıb
Tarix: 20-01-2016 | Saat: 18:11
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Gəncədə saxta spirtli içki satmaq istəyən şəxs saxlanılıb


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində istehlakçıları aldadaraq saxta, keyfiyyətsiz spirtli içki satmaq istəyən şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, İdarənin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının Ağdam rayon Şelli kənd sakini, hazırda Abşeron rayonunun Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Cəlal Mirzəyevin Gəncə və ətraf rayonlarda saxta və keyfiyyətsiz içki məhsulları və əmtəə nişanları satması barədə məlumata əsasən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinə gətirilən avtomobilə baxış zamanı maşının yük yerindən və salonundan 3 ədəd plastmas qabda 60 litr spirt, 357 ədəd müxtəlif markalı Rusiya araqlarının əmtəə nişanı olan boş şüşə, 218 ədəd tıxac və 26 ədəd rus aksiz markası aşkar edilərək götürülüb.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır
Gəncədə saxta spirtli içki satmaq istəyən şəxs saxlanılıb
Gəncədə saxta spirtli içki satmaq istəyən şəxs saxlanılıb


Xəbəri paylaş

7878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___