Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
13 yaşlı 20 yanvar şəhidi
Tarix: 19-01-2016 | Saat: 20:23
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

13 yaşlı 20 yanvar şəhidi
Məmmədova Larisa Fərman qızı — 20 yanvar şəhidi. Larisa Məmmədova 20 yanvar faciəsinin az yaşlı şəhidlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixli fərmanı ilə Larisa Məmmədova və digər 146 şəhidə "20 Yanvar Şəhidi" fəxri adı verilmişdir

Həyatı
Məmmədovlar ailəsi: Fərman Məmmədov, Larisa Məmmədova və Qalina Məmmədova
Larisa Məmmədova 1977-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olmuşdur. Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı. 1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi L. Şmidt adına zavoda getmişdir. L. Şmidt adına zavodun yanında İkarus avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır.

Xatirəsi
Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir. Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisa ilə bağlı anım tədbirləri təşkik edilməkdədir. Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 134 saylı məktəbdə onun adını daşıyan şagird təşkilatı fəaliyyət göstərir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə Larisa ilə bağlı On üç yaşlı körpə bala şeirini yazmışdır:


On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana,

Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu…

13 yaşlı 20 yanvar şəhidi
13 yaşlı 20 yanvar şəhidi
13 yaşlı 20 yanvar şəhidi
13 yaşlı 20 yanvar şəhidi
13 yaşlı 20 yanvar şəhidi
13 yaşlı 20 yanvar şəhidi


Xəbəri paylaş

5 0878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___