Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müsəlman qadınlar Britaniyadan deportasiya edilə bilərlər
Tarix: 18-01-2016 | Saat: 22:57
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Müsəlman qadınlar Britaniyadan deportasiya edilə bilərlər
Onlar dili öyrənməlidirlər.

Böyük Britaniyanın baş naziri Devid Kemeron müsəlman qadınlar üçün ingilis dilini öyrənməyə təşviq proqramını işə salıb, əks təqdirdə onlar ailəsindən ayrıla və deportasiya edilə bilərlər; müsəlman qızlar məktəb və rəsmi müəssisələrdə üzlərini açmalı olacaqlar.

Baş nazirin sözlərinə görə, Britaniyaya gələn müsəlman qızlar iki il yarım ərzində ingilis dili biliklərini mükəmməlləşdirməlidirlər, bu biliklər xüsusi imtahan zamanı yoxlanılacaq.

Kemeron bəyan edib ki, Britaniyada 190 min müsəlman qız yaşayır, onlar ingiliscə pis bilirlər, bununla yanaşı, onların ərləri, ataları və qardaşları bu biliklərin artırılmasına vasitəçilik etmirlər.

“Dil biliklərinizi yaxşılaşdırmasanız burada qalacağınıza zəmanət verilə bilməz”, - o, bazar ertəsi deyib.

Hökumət rəhbəri uşaqların deportasiya ediləcək analarından uzaq qalmalı olacaqlarını istisna etməyib.

Elan edilmiş plana görə, Britaniyada təcrid edilmiş icmalarda yaşayan qadınların ingilis dilini öyrənməsi üçün hökumət 20 milyon funt vəsait ayırır. Bu proqram çərçivəsində imtahanlar oktyabrdan başlayacaq.

Bundan başqa, plana görə, müsəlman qadınlara məktəblər, sərhəddə, məhkəmədə, polis bölmələrində, digər rəsmi müəssisələrdə üzlərini bağlamaq qadağan ediləcək.Oxu.Az


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
13-03-2021, 13:14 Ata Abdullayev saxlanıldı

bütün xəbərlər
____ Instagram ___