Sərhəddə 20 min ABŞ dolları aşkarlandı
Tarix: 18-01-2016 | Saat: 12:05
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
48 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, onların 21 nəfəri Azərbaycan, 13 nəfəri Banqladeş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycana gətirmək istəyərkən yaxalanıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Xəbəri paylaş
5518 dəfə oxunub.
Digər xəbərlər

3-12-2016, 20:24
Bakıda terror törətmək istəyən şəxs məhv edildi
9-01-2016, 16:13
Elza Kim Çen Ina şeir yazdı - VİDEO
21-09-2017, 16:26
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
6-10-2021, 09:03
Bakıda bu dayanacaqdan avtobus keçmir - VİDEO
31-08-2016, 21:04
Qoz qabığını 10 dəqiqə qaynadın… - Hamı bu reseptdən danışır…
31-07-2015, 10:54
Eminin keçirdiyi partidən - Fotolar
27-01-2017, 23:53
Hər səhər üzünüzü duzlu su ilə yuyun - İnanılmaz nəticələr!
5-07-2017, 14:37
"Real Madrid"in ulduzu "Beşiktaş"a keçdi - FOTO
27-09-2017, 17:15
Vüqar Qaradağlının "qara siyahı"sına düşən məşhurlar - çoxu xanımlardır