Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Cənub-qərb maşrutu ideyası Azərbaycana aiddir” (VİDEO)
Tarix: 18-01-2016 | Saat: 09:35
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

“Cənub-qərb maşrutu ideyası Azərbaycana aiddir” (VİDEO)
Neft erası bitir. Azərbaycanı postneft dövründə saxlamalı olan əsas sərvət necə deyərlər yola tökülüb. Amma əslində yola tökülən bu pulları yığmaq o qədər də asan deyil. Amma lazımdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovla bu barədə danışdıq.

– Cavid müəllim bu həftə çox gərgin və eyni zamanda zəngin oldu. İran, Azərbaycan, Gürcüstan, Ukrayna vahid tarif sazişi imzalandı.

– Bizim əsas məqsədimiz nədən ibarət idi? Birinci olaraq biz Azərbaycanda keçməklə ilk dəfə olaraq yeni maşrutu müəyyən etdik və bu maşrutu Azərbaycan brendi olaraq adlandırdıq. Artıq cənub-qərb maşrutun ideyası Azərbaycana aiddir. İndiyə qədər şimal-cənub, şərq-qərb maşrutları, kolidorlar vardı. İndi isə bizim müəyyən etdiyimiz cənub-qərb maşrutu Hindistandan başlayaraq Bəndər Abbasa gəlir ordan Astara vasitəsi ilə keçir Böyük Kəsik Gürcüstan və ordan da Qara dənizə - Poti və Batumi limanlarına çıxır. Bu limanlara çıxandan sonra oradan da paylanır. Bununla yanaşı biz həm də burda şimal–cənub dəhlizinin inkişafı ilə bağı danışıqlar aparırdıq. Qeyd edim ki, uzun bir müddətdir bu istiqamətdə danışıqlar gedir. Bu isə İran Körfəzinin Baltik dənizi ilə birləşməsi deməkdir. Bu böyük bir xəttdir.
Rusiyadan gələn, bu ölkənin üzərindən keçə biləcək yüklərin İran üzərindən keçərək həm Xəzər dənizi vasitsilə, həm Astara keçid məntəqəsindən keçərək İrana və Hindistana getməyini təşkil etmək üçün marşurut idi.
Rusiyadan yüklənən yük nəqliyyat növünü dəyişmədən - Sankt Peterburq, Helsinkidən İran Astarasının içinə kimi gedə bilər.


– Maşrutların müəyyənləşdirilməsi ilə yanaş yeni yolların salınması, reyslərin salınması da var bunların içərisində?

– Burda bizim çatışmayan yerlərimiz var. O çatışmayan Astaradan Astara sərhəddinə qədər olan yerdir. Bu isə həmin ərazidə körpünün tikilməsi ilə əlaqədardır. Biz tərəfdən 7, 5 km-dir, 100 metrlik bir körpüdür. Amma İran tərəfdə Astaradan Rəşdə qədər olan məsafə 150 km-dir. Hazırda layihə işləri gedir. Hələlik orada tikinti işlərinə başlanılmayıb. Amma Rəşd-Qəzvin arasında 183 km-lik hissəsini iranlılar, artıq torpaq yatağında işləri bitiriblər. Bir də ki, yükləri İranın Əmirabad limanından bərə vasitəsi ilə Ələtə və ordanda dəmir yolu vasitəsi ilə həm Gürcüstana, həm də Rusiyaya ötürmək olar.

Bununla bağlı Azərbaycan Gürcüstan dəmir yolları ilə birlikdə İranın dəmir yollarındakı texniki məsələlərin həllin öz üzərimizə götürdük. Belə ki, sözügedən limandan Xəzər dənizi vasitəsilə ya bizim, ya da İrana məxsusu gəmilərlə yüklərin Azərbaycan keçməsi təmin olunsun. İlk altı belə sifariş almışıq. Artıq 50 min ton taxılın bərələr vasitəsilə ötürülməsi ilə bağlı müqavilə də imzalanıb.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:



2868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___