Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya vətəndaşlığından imtina etdi, Saakaşvilinin müavini oldu
Tarix: 17-01-2016 | Saat: 13:34
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Rusiya vətəndaşlığından imtina etdi, Saakaşvilinin müavini oldu

Mariya Qaydar Mixail Saakaşvilinin rəsmi müavini elan olunub.

Xeberaz.az-ın anspress-ə istnadən məlumatına görə, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Odessa dövlət administrasiyasının sədr müavini vəzifəsinə öz müşaviri Mariya Qaydarı təyin edib.

"Mariya Rusiyanın Putin rejimi ilə mübarizə aparan ən parlaq siyasi liderlərindən biridir. O, iqtisadçıdır, Moskva Xalq Təsərrüfatı Akademiyasında və Harvard Universitetində təhsil alıb. Mən onun atası Eqor Qaydarı şəxsən tanıyırdım və hörmət edirdim.

Mariya Ukrayna vətəndaşlığı alması barədə Ukrayna prezidentinin adına ərizə verib. O, Rusiya vətəndaşlığından imtina edib", - deyə Mixail Saakaşvili öz "Twitter" səhifəsində paylaşıb.

Mariya Qaydar özü jurnalistlərə açıqlamasında bildirib ki, Odessadakı uğurlu dəyişikliklər bütün dünyadakı vəziyyətə təsir edəcək.

"Mən istəyirəm ki, ukraynalılar bilsinlər ki, rus xalqı təkcə hökumətdən ibarət deyil, oradakı insanlar sizin ölkənizə ümidlə baxır", - deyə o əlavə edib.


Xəbəri paylaş

5618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___