20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin təqaüdü artırılıb
Tarix: 16-01-2016 | Saat: 18:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Təqaüdünün aylıq məbləği fevralın 1-dən 10 faiz artırılıb.
20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin təqaüdü artırılıb.
Xəbəraz.az -in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.
Fərmanda qeyd olunur:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
2. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17) 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:
“1.1. I qrup əlillərə – 165 manat
1.2. II qrup əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Xəbəri paylaş
5768 dəfə oxunub.
Digər xəbərlər

27-05-2016, 00:22
Məşhur ABŞ generalı Bakıda
11-11-2016, 16:08
Bakıda kamera görüntüsü qoca kişini biabır etdi - VİDEO
14-01-2023, 13:26
10 dərəcə şaxtada çimən Qax sakini: “Göz damarlarımın donduğunu hiss etmişəm” - VİDEO
27-04-2016, 10:42
“Valideynlər uşaqlara dini baxımdan çox təsir edirlər“
3-10-2021, 10:42
Kommunal xidmətlər xəbərdarlıq etmədən dayandırıla bilər? - VİDEO
18-05-2022, 10:48
“WhatsApp”da çoxdandır hamının gözlədiyi YENİLİK
22-07-2017, 10:28
Bu gün Milli Mətbuat Günüdür
25-04-2015, 16:52
Azərbaycan Premyer Liqası 31-ci tur. YENİLƏNİB
4-01-2022, 11:46
Azərbaycanda dəhşət: Əri COVID-19-dan ölən qadın intihar etdi