Bakıda bəzi sahibkarlar avtobuslarda gedişhaqqını qaldırdılar (Tarif Şurasının təsdiqlədiyi CƏDVƏL)
Tarix: 15-01-2016 | Saat: 14:41
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bakıda bəzi sərnişin avtobusunun sürücüləri gecə saatlarında gedişhaqqını qaldırması məlumatı yayılıb.
Bu barədə paytaxt sakinləri bildiriblər. Verilən məlumata görə, axşam saatlarında bəzi avtobus sürücüləri gedişhaqqını müəyyən edilmiş məbləğdən çox almağa çalışırlar. Bu da ən çox gedişhaqqı 20 qəpik müəyyən edilən avtobuslarda baş verir.
Bu addım qeyri-qanunidir və özbaşına gedişhaqqını bahalaşdıran sürücülər cəzalandırılacaq. Bu barədə Bakı Sərnişindaşımadan bildirdilər. Vurğulanıb ki, belə hallarla həmişə mübarizə aparılır.
Gedişhaqqıların rəsmi artırılmasına gəlincə, bu məsələ aktual deyil. Bu barədə Tarif Şurasından bildirdilər.
"Səhərdaxili sərnişindaşımada gedişhaqqı dəyişdirilməyib və bu məsələ müzakirə olunmur”, - deyə qurumdan məlumat verilib.
Qeyd edək ki, bu və buna oxşar özbaşınalıqlar məhz Nəqliyyat Nazirliyinin dövründən yaranıb. İndi də belə qanunsuzluqlar ara-sıra davam edir. Çox güman ki, bəzi sərnişindaşıma ilə məşğul olan sahibkarların Nəqliyyat Nazirliyilə razılaşmaları əsasında belə özbaşınalıqlara göz yumulurdu.
Hazırda Bakıda fəaliyyət göstərən avtobusların qiymət cədvəlini təqdim edirik
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

2-05-2021, 16:19
Niyə qadınlar kişilərdən daha çox danışır?
8-02-2016, 00:15
Çin ABŞ və Koreyanın raket qərarı ilə razılaşmadı
21-05-2016, 16:22
İran hücuma hazırlaşır: Hələb planı
21-05-2017, 12:55
Sabah yağış yağacaq
7-09-2020, 13:31
KQB-ni şoka salan erməni cinayəti: Dəniz dəhşəti - Faktlar
21-12-2016, 19:03
“Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” - İran prezidenti
5-10-2016, 17:57
Azərbaycanlıların Cümə məscidində toplanması qadağan edildi - FOTO
12-03-2016, 10:32
Ağdamda ermənilər darmadağın edildi — TƏFƏRRÜAT
1-02-2019, 12:13
Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxub-RƏSMİ