Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hindistanlı gənc ilanla evlənmək istədi
Tarix: 07-04-2015 | Saat: 16:37
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 | çapa göndər

Hindistanlı gənc ilanla evlənmək istədi


Qonaqlar məyus oldular.

Hindistanın şimalında Uttar-Pradeş ştatının sakini ilanla evlənməyə cəhd edib.

xeberaz.az Oxu.Az-a istinadən xəbər verir ki, 27 yaşlı Sandip Patel (Sandeep Patel) əmindir ki, kobra keçmiş həyatında gözəl qız olub, indi isə ona aşiqdir.

Yerli məbədlərin birində baş tutan nikah mərasiminə 12 min adam gəlib. Amma toy polis əməkdaşları tərəfindən pozulub.

Məbədə gələn polislər Pateli və onun atasını ictimai asayişi pozduqlarına görə saxlayıblar. Qeyd edilib ki, qonaqlar məyus olublar və polis əməkdaşları onları evlərinə getməyə məcbur etmək üçün yardım çağırıblar.

Patelin sözlərinə görə, gecələr dərin transa girən zaman özü də ilana çevrilir və sevgilisi ilə ünsiyyətdə olur.

Bu artıq birinci hadisə deyil. The Daily Mirror xatırladır ki, 2006-cı ildə Orissa ştatında 30 yaşlı Bimbala Das və ilanın nikah mərasimi baş tutub. Qadın toya ən gözəl ipək sarisində gəlib, məbəd xadimləri isə bir saat ərzində müqəddəs mantralar oxuyub. Bəy toya gəlmədiyi üçün onun əvəzinə mis heykəl qoyublar.


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___