Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda benzin və dizelin ucuzlaşdırılması ilə bağlı təklif
Tarix: 13-01-2016 | Saat: 11:28
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycanda benzin və dizelin ucuzlaşdırılması ilə bağlı təklif


"Hazırda hökumət devalvasiyanın qiymət artımına təsirini azaltmaq üçün tədbirlər görməyə başlayıb. Bu tədbirlər hələki təəssüf ki, yalnız inzibati xarakter daşıyır. Halbuki bu metodun faydası qısamüddətli olur və strateji baxımdan arzuolunmayan fasadlar törədir. Ona görə əsas diqqət iqtisadi alətlərin tətbiqinə yönəldilməlidir".

Xeberaz.az-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. Onun sözlərinə görə, vergi güzəştlərindən tutmuş, strateji məhsulların istehsalında istifadə olunan xammalın idxalına tətbiq edilən gömrük rüsumunun azaldılmasını və ya ləğvini və s. aid etmək olar. Mütəxəssis hesab edir ki, hökumətin ata biləcəyi digər iqtisadi alət yanacağın ucuzlaşdırılması ola bilər:

"Yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər ki, bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər. Bizimlə yaxın iqtisadiyyata Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır. Azərbaycanda Aİ -95 benzini 0,47 avro, Aİ-98 benzini 0,56 avro, dizel isə 0,35 avroya bərabərdir. Göründüyü kimi, Azərbaycanda yanacağın qiyməti xırda istisna ilə hər iki ölkədən bahadır. Azərbaycandakı yanacağın qiymətini neft idxal edən ölkələrdəki qiymətlə müqayisə etmək isə qüsurludur. Həmin ölkələrdə qiymətin baha olması təbiidir. Axı, onlar Azərbaycan kimi neft hasil etmirlər".

İqtisadçı xatırladır ki, yanacağın qiyməti sonuncu dəfə 2013-cü ildə artırılanda dünya bazarında neftin bir bareli 110 dollara satılırdı: "Yəni neftin bahalaşmasını əsas gətirərək yanacaq bahalaşdırılmışdı. Ondan öncə artım isə 6 yanvar 2007-ci il tarixində olmuşdu. Həmin vaxt "qara qızıl”ın qiyməti 60 dollardan da aşağı olub. Nəticədə Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik (əvvəl 55 qəpik), dizel yanacağı isə 60 qəpik (əvvəl 45 qəpik) olub.

İndi isə dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. Şəkəri bahalaşdırırıq ki, xammal özümüzün deyil. Geyimləri bahalaşdırırıq ki, özümüzdə istehsal olunmur. Benzin və dizel 100% Azərbaycan istehsalıdır. 95 markalı benzin idxal olunduğu üçün devalvasiya səbəbindən onun qiymətini ucuzlaşdırmaq mümkün olmayacaq. Ancaq Aİ 92 və 80, dizel yanacaqlarında ucuzlaşdırmanı problemsiz etmək olar".


Xəbəri paylaş

5108 dəfə oxunub.

Digər xəbərlər
3-06-2018, 10:13 Cəbhədə silahlar susmur

bütün xəbərlər
____ Instagram ___