Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Övladını satdığına görə həbs edilən qadın oğlunun doğum günü uşaq evində - FOTO
Tarix: 12-01-2016 | Saat: 19:28
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Övladını satdığına görə həbs edilən qadın oğlunun doğum günü uşaq evində - FOTO
Azərbaycanda övladını satmaqda ittiham edilərək tutulan, iki həftə əvvəl prezidentin əfv sərəncamı ilə azadlığa çıxan ana oğlunun ad gününü qeyd edib.

Xeberaz.az report-a istinadən bildirir ki, Zöhrə İsgəndərova 1 saylı Uşaq Evində oğlu Elcanla görüşüb. Övladının 6 yaşının tamam olması münasibəti ilə ona tort alan ana təxminən bir saat oğlu ilə qaldıqdan sonra evinə dönüb. Elcan isə yenə də uşaq evində qalıb.

Xatırladaq ki, bu, ana azadlığa çıxandan sonra oğlu ilə ikinci görüşüdür.
Qeyd edək ki, 2011-ci il fevral ayının 5-də Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Şəmkir rayonu Könüllü kənd sakini Zöhrə İsgəndərova tanışı Murad Quliyevlə birlikdə azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıblar. Həmin şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçiblər. O, 144-1.2.3-cü (insan alveri, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) və 144-1.2.5-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Həmin il dekabr ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Z.İsgəndərova 4 il, M.Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədə hökm Z.İsgəndərovaya aid hissədə dəyişdirilib. Onun cəzası 8 ilədək artırılıb. Bundan başqa, oğlu Z.İsgəndərovadan alınıb.

Z.İsgəndərova Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 2015-ci il dekabr ayının 29-da azadlığa buraxılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsindən çıxan 26 yaşlı qadın dərhal 6 yaşlı oğlu Elcanla 1 saylı Uşaq Evində görüşüb.


Xəbəri paylaş

7688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___