Azərbaycanda kişilər və qadınlar daha çox bu xəstəlikdən ölürlər
Tarix: 12-01-2016 | Saat: 18:59
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Azərbaycanda qadın və kişilər arasında ölümün əsas səbəbləri arasında birinci yeri qan dövranı sisteminin xəstəlikləri tutur.
Xeberaz.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2014-cü ildə qan dövranı sistemi xəstəliklərindən qadınlar arasında ölüm faktı əhalinin 100 min nəfərinə 351 olub.
Kişilər arsında isə bu rəqəm 357 təşkil edib. Travmalar, zəhərlənməvə xarici səbəblərin təsirinin digər nəticələrindən baş verən ölüm sayı qadınlar arasında əhalinin hər 100 min nəfərinə 14, kişilər arasında 46 nəfər olub.
Yeni törəmələrdən ölənlərin sayı qadınlar arasında 66, kişilərdə 83 olub. Tənəffüs orqanlarının xəstəliklərindən əhalinin 100 min nəfərinə düşən ölüm faktı qadınlar arasında 20, kişilərdə 22 olub. Həzm sistemi xəstəlikləri üzrə hər 100 min nəfərdən 26 qadın, 35 kişi dünyasını dəyişib.
Bəzi infeksion və parazitar xəstəliklər səbəbindən isə əhalinin 100 min nəfərinə düşən ölüm faktı qadınlar arasında 2, kişilərdə 8 olub.
Qeyd edək ki, demək olar bütün dünyada qeyd olunan xəstəliklərdən əhalinin 100 min nəfərinə düşən ölüm halları arasında kişilərin sayı üstünlük təşkil edir. Məsələn, Rusiyada travmalar, zəhərlənməvə xarici səbəblərin təsirinin digər nəticələrindən baş verən ölüm sayı qadınlar arasında əhalinin hər 100 000 nəfərinə 47 fakt olduğu halda, kişilər arasında bu göstərici 202-dir.
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

26-04-2016, 16:42
Zal Yusifov dəymiş ziyanı ödəməlidir
8-01-2018, 12:01
Yalnız bu şirkətlərin “Halal” sertifikatı qanunidir - Siyahı
14-01-2017, 14:22
LİDER TV-DƏ TÜRKAN HEYDƏROVA KÜLƏYİ ƏSƏCƏK – FOTOLAR
30-01-2019, 13:50
İsgəndər Həmidov sərbəst buraxılıb
9-12-2015, 00:31
Türkiyədə şəhər mərkəzi döyüş meydanına çevrildi
6-07-2021, 01:07
Elmar Məmmədyarov HƏBSDƏN YAYINDIMI? - İLGİNC
27-01-2022, 12:42
Evli kişilərlə birlikdə olan qadınlar...
4-12-2021, 11:38
Özəl klinikalar millətin başında “həkimlik” öyrənir…- “Baku Medical Plaza” dövlətə nə qədər vergi ödəyir ?