Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Naxçıvanski küçəsi təmir olunur - FOTO + VİDEO
Tarix: 12-01-2016 | Saat: 16:34
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Naxçıvanski küçəsi təmir olunur - FOTO + VİDEO
34 ədəd yeni baxış qapağı qoyulub.

Bakı şəhərində nəqliyyat vasitələrinin, həmçinin piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hətəkətini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən kompleks tədbirlər uğurla davam etdirilir.

ASC-dən Xeberaz.az-a daxil olan məlumata görə, bu işlər çərçivəsində Nizami rayonu Naxçıvanski küçəsi də təmir edilir.

Artıq sözügedən küçənin bir istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 8500 kvadrat metr sahənin asfaltlanması işləri aparılıb.

Ortalama eni 9 metr olan küçəyə 1560 paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.

Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Anoloji işlərin Naxçıvanski küçəsinin əks istiqaməti üzrə, daha dəqiqi Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissəsində də aparılmasına start verilir. Bu hissənin də uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir.

Təmir-tikinti işləri çərçivəsində küçənin 8800 kvadrat metr sahəsinə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənəcək. Küçə boyu 1640 paqon-metr səki daşı yenilənəcək. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yağış barmaqlıqları yenilənəcək.

Daha sonra nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparıldıqdan sonra küçə tam yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun olaraq “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və vaxtında yekunlaşdırılması üşün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Aparılan işlərlə əlaqədar olaraq yaranmış müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Naxçıvanski küçəsi təmir olunur - FOTO + VİDEO
Naxçıvanski küçəsi təmir olunur - FOTO + VİDEO
Naxçıvanski küçəsi təmir olunur - FOTO + VİDEO


Xəbəri paylaş

6118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___