Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Messi 5-ci dəfə “Qızıl top”a sahib çıxıb
Tarix: 12-01-2016 | Saat: 00:07
Bölmə:Karusel / İdman / Fotogalereya | çapa göndər

Messi 5-ci dəfə “Qızıl top”a sahib çıxıb
“Ronaldonun ardıcıl iki qələbəsindən sonra bu mükafatı qazanmaq çox xoşdur”.

İsveçrənin Sürix şəhərində “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.

Mükafata “Qızıl top”un 4 qat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, “Barselona”nın digər üzvü Neymar və 3 dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo namizəd idi.

Messi öz çıxışında deyib ki, “Kriştianu Ronaldonun ardıcıl iki qələbəsindən sonra “Qızıl topur” qazanmaq çox xoşdur”.

Səsvermədə yığma komandaların baş məşqçiləri və kapitanları, həmçinin jurnalistlər iştirak ediblər.

Mərasimdə həmçinin ilin ən yaxşı məşqçisi, simvolik yığması, ötən ilin ən yaxşı qolunun müəllifi və 2015-ci ilin ən yaxşı qadın futbolçusunun da adı bəlli olub.

Kişilər arasında ilin ən yaxşı futbolçusu: Lionel Messi (“Barselona”, Argentina yığması)

Qadınlar arasında ilin ən yaxşı futbolçusu: Karli Lloyd (“Hyuston”, ABŞ yığması)

Kişilər arasında ilin ən yaxşı məşqçisi: Luis Enrike (“Barselona”)

Qadınlar arasında ilin ən yaxşı məşqçisi: Cil Ellis (ABŞ yığması)

İlin ən yaxşı qolu: Vendell (“Atletiko Qoyanense”), “Qoyanezi”nin qapısına

İlin simvolik yığması: Manuel Noyer, Tyaqo Silva, Marselo, Dani Alves, Serxio Ramos, Andres İnyesta, Luka Modriç, Pol Poqba, Neymar, Lionel Messi, Kristiano Ronaldo

“Fair-Play” mükafatı: Cerald Asamoa (Qana əsilli almaniyalı keçmiş futbolçu)Oxu.az


Xəbəri paylaş

7848 dəfə oxunub.

Digər xəbərlər
4-02-2016, 10:56 Hacı Əliyev birincidir

bütün xəbərlər
____ Instagram ___