Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fransızlar məscidlərə axın etdi
Tarix: 10-01-2016 | Saat: 11:19
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Fransızlar məscidlərə axın etdi
Ölkə vətəndaşları “Allah evi”ni ziyarət etməyə dəvət edilib.
Fransada məscidlər bütün ölkə vətəndaşlarını “Allah evi”ni ziyarət etməyə dəvət ediblər.

Fransanın Müsəlman Cəmiyyəti Şurası tərəfindən icra olunan kampaniya ölkədə insanlara İslam dininin əsl mahiyyətini çatdırmaq məqsədi daşıyır.

Şura üzvləri insanları dostluğa və həmrəyliyə çağırıb və Fransada son dövrlərdə baş verən terror hadisələrinə görə təəssüflərini ifadə ediblər. Kampaniya fəalları İslam dininin terrorizmlə heç bir əlaqəsi olmadığını izah etməyə çalışıblar.

Ölkənin daxili işlər naziri Bernar Kaznöv də məscidlərdən birində qonaq olub.

Fransızlar məscidlərə axın etdi
Fransada məscid

“Respublika bütün övladlarını qorumalıdır. Polis və ordu qüvvələri ibadət evlərində təhlükəsizliyi təmin etməlidir. Respublika ibadət etmək istəyən insanalara qarşı törədilən zorakılıqlara səbrlə yanaşmayacaq”, - Fransanın daxili işlər naziri.Bernar Kaznöv bildirib

Fransada ötən il "Şarli Ebdo" qəzetinin redaksiyasına edilən hücum nəticəsində 17 nəfər öldürülmüşdü.

2015-ci il 13 noyabr tarixində paytaxt Parisdə 130 nəfərin öldürülməsi ilə nəticələnən terror aktlarından sonra isə, hökumət bəzi məscidləri radikal təbliğat apardığı üçün bağlamışdı.


Xəbəri paylaş

7498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___