Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Almaniyanın Frankfurt şəhərində Yəmənə dəstək aksiyası keçirilib.
Tarix: 06-04-2015 | Saat: 21:50
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Almaniyanın Frankfurt şəhərində Yəmənə dəstək aksiyası keçirilib.
Xeberaz.az İslaminsesi.org-a istinadən verdiyi məlumata görə, Quran və Əhli Beyt Mərkəzi Offenbach tərəfindən Almaniyanın Frankfurt şəhərində Səudiyyə Ərəbistanının konsulluğu qarşısında "Yəməndəki Qərb və Sionist kuklalarının zülmünə səssiz qalma" mitinqi keçirilib.
Mitinqə Almaniyanın müxtəlif şəhərlərindən, o cümlədən, Hollandiyadan gələn xeyli insan qatılıb.
Etiraz aksiyasına başçılıq edən Cüneyd Çakmak iştirakçıları alman və türk dilində salamlayıb. O, Amerika və sionist İsrailin göstərişləri ilə başda Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ərəb ölkələrinin məzlum Yəmən xalqına qarşı başlamış olduqları bu savaşın bir an əvvəl bitməsini tələb edərək problemin siyasi yolla həllinin əhəmiyyətinə vurğulayıb.
Mitinqə qatılan yəmənli müsəlmanlar, ölkələrinin milli himnini oxuyub. Sonra yəmənli Haşim Mufadhal Xoca çıxış edib. O, Səudiyyə rejiminin pulla satın aldığı ölkələrlə birlikdə Yəməndə xəstəxana, məktəb və mülki yaşayış yerlərini bombaladığını, bu zülmə BMT, o cümlədən bir çox dünya ölkələrinin göz yumduğunu bildirib. Səudiyyə xanədanının ölkəsini müstəmləkəyə çevirmək istədiyini, bu istəyin isə şərəfli Yəmən xalqı tərəfindən qəbul edilməsinin qeyri-mümkün olduğunu diqqətə çatdırıb.
Aksiya Hollandiyadan gələn Seyid Xəlil Musəvi Xocanın çıxışı ilə davam edib. Seyid Xəlil Musəvi Xoca ərəb ölkələrinin ilk dəfə bir məsələdə birləşdiyini, lakin bunun təəssüf ki, məzlum Yəmən xalqına qarşı olduğunu dedi. "Özüm yəmənli olmasam da, ancaq bir ərəb olaraq, insanları müsəlmanlar arasında vəhdətə, məzhəblər arasında yaxınlaşmağa dəvət edirəm" - deyə bildirib.
İraqda və Suriyada xarici qüvvələr tərəfindən maliyyələşdirilən terror təşkilatlarının qadın-uşaq demədən, dinc və müdafiəsiz insanları qətlə yetirildiyini söyləyən Musəvi, ərəb xalqlarına səslənərək öz rəhbərlərindən bu birliyi niyə görə terrorçulara qarşı təşkil etmədiklərini soruşmağa çağırdı.


Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___