Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Kərimlinin əmisi oğlu nazir oğlunun başını kəsəcəyini bəyan etdi
Tarix: 08-01-2016 | Saat: 16:50
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Əli Kərimlinin əmisi oğlu nazir oğlunun başını kəsəcəyini bəyan etdi


AXCP sədrinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov Azərbaycan məmurlarının övladlarının başlarını kəsəcəyi, onları qətlə yetirəcəyi ilə açıq şəkildə hədələdi.

Hazırda Fransada siyasi mühacir həyatı yaşayan "Azadlıq" qəzetinin baş redaktoru və "Azərbaycan saatı" televiziya proqramının yaradıcısı Qənimət Zahid belə bir status paylaşıb: "Bu gün səhər tezdən aldığım bir xəbərdə belə iddia edildi: "Avropada xüsusi fəallığı ilə seçilən azərbaycanlılara qarşı xüsusi "ləğvetmə" qərarı verilib. Başqaları ilə təmaslarına diqqət et, qonaqlıqları ixtisara sal, yaxından tanımadığın adamlarla harada gəldi yemək yemə, hətta çay belə içmə"! Mənə qəribə gəldi: axı, mənim Avropada heç bir fəallığım yoxdur və bu xəbərin mənə nə dəxli var? Fəallar ehtiyatlı olsunlar!"

Şərh bölümündə bu statusa fərqli rəylər verilib. Bu da normaldır. Ancaq həmin şərhlərin biri... Buyurun. Siz də həmin şərhi olduğu kimi oxuyun. İnqilab Kərimov adlı Feysbuk istifadəçisi yazır: "Bu yazının ciddiliyinə heç bir şübhəm yoxdur... Mən Avropaya gəlmişəm ki, yaşayıb qisasımı ala bilim... Odur ki, baş vermiş ilk hadisədə (tanınmış nazirlərdən birinin oğlunun adını yazır)... kəsilmiş başı, əlimdə şəkil paylaşaram... Və bilin ki, verdiyiniz bu qərar ilk növbədə süd çəlləyində bəslədiyiniz arvadvari balalarınızın başında çatlayacaq... Di haydi buyurun, məndən başlayın"

"Filankəsovun kəsilmiş başi əlimdə şəkil paylaşaram..." deyən bu qısasçı kimdir? Əli Kərimlinin əmisi oğlu, Fransada siyasi sığınacaq almış, AXCP funksioneri İnqilab Kərimovun özüdür. Onun bu kimi ekstremist bəyanatları az olmayıb. Məsələn, ötən ilin avqustunda "Yeni Müsavat" bu möhtəşəm demokratın terrorçulara rəğbətlə dolu statusundan bəhs edən yazı vermişdi. Yeri gəlmişkən, həmin statusda da söhbət məhz baş kəsməkdən gedirdi. İnqilab Kərimovun o vaxt paylaşdığı statusa bir də nəzər salaq. Məhz həmin statusunda o, İŞİD-i Azərbaycana, baş kəsməyə dəvət etmişdi: "İŞİD heç də hər adamin başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir... Azərbaycana XOŞ gəlirsən İŞİD..."

Buna cavab olaraq, AXCP mətbuat xidməti açıqlama yaydı. "Azadlıq" qəzetində gedən həmin açıqlamada deyilirdi: "İnqilab Kərimov sözügedən Feysbuk statusunu ironiya və zarafatyana yazıb... İnqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun".

Görək, bu dəfə necə olacaq? Özünün replikasını daha sonra Feysbuk statusuna çevirən, bunun ardınca isə bundan daha skandal sayıla biləcək yeni status yazan İnqilab Kərimovun Avropanın göbəyində bu cür davranış sərgiləməsini Fransa dövləti də "ironiya və zarafat" kimi dəyərləndirəcəkmi? Bu məqamda onun ikinci statusunu da təqdim edirik: "Azərbaycan məmurlarına müraciət. Avropada yaşayan arvad sifətli övladlarınızı çəkin yanınıza. Əks halda buradan pasılka ilə morqda göndərəcəyik".

Ən pisi isə odur ki, Qənimət bəy statusun müəllifi kimi İnqilab bəyə irad belə bildirməyib. Haqdan, ədalətdən dəm vuran digər cəbhəçilər də susublar. Hələ bu azmış kimi 15 nəfərdən çox cəbhəçi də İnqilab Kərimovun bu qeyri-insani çağırışını "like" edib. Onların arasında hətta professor Nurəddin Məmmədli də var. Görün Cəbhə nə günə qalıb, kimlərin inhisarına keçib? Bunlara demokrat deyənin ağlı varmı? Bu ağılla bunlar bizi hara aparacaq?


Xəbəri paylaş

8218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___