Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı qadın türkiyəli sevgilisi ilə ölü tapıldı
Tarix: 08-01-2016 | Saat: 13:46
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanlı qadın türkiyəli sevgilisi ilə ölü tapıldı


Azərbaycanlı qadın Türkiyədə birgə yaşadığı kişi ilə ölü tapıldı.

Xeberaz.az-ın qonşu ölkənin mətbuatına istinadən verdiyi xəbərə görə, 44 yaşlı Xatirə Haqverdiyeva adlı qadın 35 yaşlı Əkrəm Dallı ilə birlikdə Manavqat çayından 400 metr aralıda ölü tapılıb.

Tikintidə işləyən Ə.Dallı və X.Haqverdiyevanın yaxınları noyabr ayından bu vaxta qədər onları axtarırlar. Bununla bağlı polisə, hətta mətbuat və televiziyalara da məlumat veriblər.

Qadının üzü tanınmaz halda olduğundan rəfiqəsi Xuraman Aydın qarnındakı əməliyyat izindən və boyunbağısından onu tanıyıb.

X.Aydın Xatirənin bəzən onun yanında qaldığını deyib. Əkrəm onunla yaşamaq üçün kirayə ev tutmaq istəsə də, Xatirə razı olmayıb. Bu da tez-tez aralarında mübahisəyə səbəb olub. Sonuncu dəfə onlar Xuramanın evindən mübahisə edərək çıxıblar. Daha sonra isə onlardan xəbər alan olmayıb.

Xatirə Haqverdiyevanın Azərbaycandakı keçmiş evliliyindən 5 uşağının olduğu bildirilir. Ə.Dallı isə subay olub.


Xəbəri paylaş

6238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___