Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yer kürəsində yerləşən cəhənnəm - Foto
Tarix: 08-01-2016 | Saat: 11:24
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Yer kürəsində yerləşən cəhənnəm - Foto


Yer kürəsinin hər hissəsi maraqlı özəlliyi ilə seçilir. Rəsm əsəri təəssüratını bağışlayan dağlar, düzənliklər, yaşıl ərazilər görənləri heyran edir. Bununla yanaşı, planetimizdə ilk baxışdan cəhənnəmi xatırladan yerlər də mövcuddur. Belə ərazilər qorxulu olsa da, minerallarla zəngindir.

Xeberaz.az həmin ərazilərdən biri - Danakil çöküntüsü haqda məlumatı təqdim edir:

Dünyanın ən isti yerlərindən olan Danakil çöküntüsü eyni zamanda geoloji baxımdan da ən aktiv yerlərdən biridir. Əriyən, turşlaşmış və köpüklənən torpağa sahib olması bu ərazinin əsas özəlliyidir. Bu ərazi çöküntü, sarı, narıncı, qırmızı rənglərə çalan duz, sulfid və həll edilmiş dəmir kimi mineralları özündə birləşdirir. Çöküntü bazalt axıntılar, qalxan vulkanlar və çürümüş konusşəkilli təpələrlə əhatələnib.

Danakil çöküntüsünü əhatə edən ərazi qədimdə Qırmızı dənizin bir hissəsi imiş. İndi həmin ərazidə su olmasa da, böyük miqdarda duz var. Bu duz yerlilər üçün həm əhəmiyyətli, həm də ölümcül xüsusiyyət daşıyır. Danakil çöküntüsü yaxınlığında yerləşən Dallolda yaşayan insanlar duz kütlələrini kəsir, dəvələrə yükləyir və satmaq üçün yaxınlıqdakı şəhərlərə gətirirlər. Bu proses olduqca məşəqqətli olsa da, dallollular 100 ildir bununla dolanışıqlarını təmin edilər.
Yer kürəsində yerləşən cəhənnəm - Foto


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___