Rusiyada gənc oğlanı cərəyan belə vurdu – VİDEO
Tarix: 06-04-2015 | Saat: 14:29
Bölmə:Karusel / Hadisə / Dünya / M2 / Xəbəraz TV | çapa göndər
“Daniil fotoşəkil çəkdirmək istəyirdi”.
Voronejdə (Rusiya) yeniyetmə elektrik cərəyanının vurmasından dünyasını dəyişib. Hadisənin videosu internetdə yerləşdirilib. Videonun təsvirindən ölənin adının Daniil olduğu məlum olur.
Xeberaz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın məlumatına görə, faciə günü o, dostu ilə “Olimpik” idman kompleksinə velosiped sürmək üçün gedib.
“Evə qayıdanda oğlanlar dəmir yolu körpüsündən keçmək qərarına gəliblər. Orada Daniil fotoşəkil çəkmək istəyib. Yaxşı kadr üçün oğlan körpünün yuxarı hissəsinə qalxıb və yüksək voltlu elektrik xəttinin olduğu orta hissəyədək gəlib”, - deyə, məlumatda bildirilir.
“Gənci tok vurub. Bu zaman dəmir yolu ilə keçən elektrik qatarı onun cəsədinə toxunub. Dostunu qatarın altından çıxarmağa çalışan ikinci yeniyetmə son anda özünü xilas edə bilib. Maşinist dərhal “təcili yardım” çağırıb. Lakin uşağı xilas etmək mümkün olmayıb”, - deyə, videonu YouTube-də yerləşdirən istifadəçi yazıb.
[media=https://youtu.be/qAyDgHlrMaU]
Xəbəri paylaş
7768 dəfə oxunub.
Digər xəbərlər

4-03-2017, 22:25
“Toyota Prado” piyadanı vurub öldürdü
14-03-2017, 22:51
1 milyon izləyicisi olan italyan gözəl-Silvia Caruso
22-08-2018, 11:32
Azərbaycan məscidlərində bayram namazı qılındı
17-05-2016, 15:24
Kreml Vyana görüşünə reaksiya verdi
12-09-2021, 11:36
Məşhur rəssam Ramil Əhmədov Prezidentin Portretini çəkdi - VİDEO
22-10-2016, 00:55
Daşkəsəndə bulaq başında çobana seksual təcavüz: “Sərxoş idim"
18-02-2016, 14:33
Rusiyanın Bakıdakı səfirliyində azərbaycanlı yazıçıların təltifolunma mərasimi keçirilib