Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İsa olmayıb, hamımız dağılışırıq”... - Berlində tapılan Quran nüsxəsi gündəmi dəyişir...
Tarix: 06-04-2015 | Saat: 14:27
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 / İbadət | çapa göndər

“İsa olmayıb, hamımız dağılışırıq”... - Berlində tapılan Quran nüsxəsi gündəmi dəyişir...

Bakıda yaşayan bir dostumla, son günlər Almaniya mətbuatının gündəmini zəbt edən bir xəbəri müzakirə edirdik. Dedim ki, “diskussiyamızın məzmunu oxuculara da maraqlı ola bilər, bu haqda yazmaq lazımdır”.
Xəbər isə belədir. Quranın ilk yazılı nüsxəsi Berlində, Dövlət Kitabxanasında tapılıb. Tapılan yeddi perqament səhifə Quran ayələri Sürixdə, “Corpus Coranicusm“ adlı bir laboratoriyada təhlil olunub. Bu nüsxələrin 606-652 illəri arasındakı dövrə aid olduğuna qərar verilib. Xəbəri “Märkische Allgemeine Zeitung“ qəzeti yayıb. Kitabxananın mətbuat xidmətinin rəhbəri Jänette Lamble isə deyib ki, Sürixdəki laboratoriyanın layihəsi üzrə, Avropadakı bütün qədim Quran nüsxələri analiz edilib, Berlində tapılan isə ən köhnəsidir və Məhəmməd Peyğəmbərin yaşadığı dövrə təsadüf edir. Qahirədə yaşayan bir alimə miras qalan bu səhifələrin, 19-cu əsrin sonları ya da 20-ci əsrin əvvəllərində Almaniyaya gətirildiyi ehtimal olunur.
Beləliklə, Məhəmməd peyğəmbərin mövcud olduğu, mifoloji personaj olmadığı təsdiq olunmuşdur. Deyə bilərsiniz ki, “Onun tarixi bir şəxsiyyət olduğu nə zamandan bəri şübhə doğurur ki, bu səhifələr üzə çıxandan sonra, yaşadığına əmin olaq? Biz onsuz da inanırdıq”.
İnanırdınız, əlbəttə, amma son zamanlar orientalizmdə (şərqşünaslıq) Həzrəti Məhəmmədin nəinki bir peyğəmbər, hətta real şəxs kimi inkarı tendensiyası dəbdədir. Tarixi və məntiqi baxımdan onun mövcud ola bilməyəcəyini “Hidden origin of Islam” və “Does Muhammad exist” kimi kitablar iddia edib və o gün-bu gündür, Məhəmmədi ənənəvi olaraq, tarixi bir fiqur kimi tanıyan, bunu şübhə altına qoymayan şərqşünaslıq köhnə imicini dəyişir. İslam problematikasını, onun peyğəmbərini inkar edərək araşdırmağa girişir.
Yeni və dəbdə olan bu iddialara görə, İslam peyğəmbərinin həyatı sonradan yazılıb və müxtəlif suallar yarandıqca, qaneedici cavablar vermək üzrə modifikasiya edilib. Buna görə də onun Allahın elçisi olduğu deyilən dövr olan 610-632 illərinə aid məlumat bolluğu var. O dövr çox yaxşı bilinir. Çünki bu dövr, sonradan yaranan suallara cavab vermək üçün yazılmışdır. Yoxsa, o dövrün ərəblərinin bu qədər zəngin məlumatı qeydə almaları mümkün deyil. Lakin nə İslam peyğəmbərindən əvvəlki, nə də sonrakı dönəm haqda eyni intensivlikdə məlumata rast gəlmək olmur. Deməli, peyğəmbərin dövrü uydurulub. Bir iddia da var ki, o, elə İsanın özü, “həmd edilmiş” İsadır.
İsa demişkən, onun tarixi bir şəxsiyyət olmadığı, tamamilə uydurulduğu, Qərbin elm çevrələri üçün artıq keçilmiş mərhələdir. İsanın mif olduğuna inanmaq, necə deyərlər bu gün dəbdədir. İndi də həmin üsulla və metodologiya ilə, Məhəmməd peyğəmbərin inkarına girişiblər. Daha doğrusu girişmişdilər, çünki Berlində tapılan yeddi səhifə, onlar üçün artıq ciddi bir baş ağrısı olacaq. Bu səhifələrin üzərindəki ayələr İslam peyğəmbərinin yaşadığı deyilən illərə mənsubdursa, o zaman onun bir tarixi fiqur kimi inkarı qeyri-mümkün və qeyri-elmi olur.
Dostumun narahatlığı nədəndir, bir az da istəyirəm bu haqda danışım. Dostum deyir ki, sonuncu peyğəmbərin tarixən mövcud olduğu sübuta yetirilsə belə, İsanın mövcud olmadığına dair deyilənlər və yazılanlar o qədər inandırıcıdır ki, onun şəxsiyyətinin tamamilə mifik olması qənaəti, artıq qeyri-elmi çevrələrdə də müzakirə mövzusudur. Yəni bu söhbət çox geniş yayılıb və yayılmağa davam edir. Hələlik müsəlmanlar bu mübahisəyə baş qoşmurlar, diqqətlə və həyəcanla izləyirlər. Məqsəd İsanın mövcud olmadığını, uydurulduğunu xristianlığın mərkəzlərinə qəbul etdirmək və onlardan bu etirafı eşitməkdir.
Məsələn, Vatikandan. Papanın çıxıb “İsa adlı adam tarixdə olmayıb” deməsi ilə, dünya sadəcə alt-üst olar. Dünyanın xristian hissəsində başlayacaq olan xaos bir yana, islam dünyası da dəyəcək bir-birinə, çünki Quran İslamdan əvvəlki kitab və peyğəmbərlərə istinad edir, İncilin bir çox rəvayətlərini təkrarlayır, İsanı və Məryəmi ucaldır. Yəni xristian dünyasının “İsa olmayıb, hamımız dağılışırıq” deməsi ilə (nəzəri olaraq bunu təsəvvür edək), müsəlmanlar da gərək dağılışsınlar. Bu söhbətlər müsəlmanlara heç sərf etmir.
Amma müsəlmanlar bəzən susmaq, hətta İsa peyğəmbərin inkarı ilə məşğul olan qərbli alimlərə “mane olmaq” yerinə, şüursuzca bu tendensiyanı dəstəkləyirlər. Türkiyəli araşdırmaçı-yazar Aytunç Altındal da bu qəbildən olan müsəlmanlardandır. Altındal Vatikanla məhkəməlik olub, çünki iddia edib ki, Türkiyədə qazıntılar zamanı tapılan iki kitabədə İsanın uydurulmuş personaj olması öz təsdiqini tapıb. Türkiyə bu kitabələri açıqlasa, xristianlıq rəsmən bitər. Bu iki kitabə, Türkiyənin Qərb və xristian aləminə təzyiq vasitəsidir.
Altındalın iddiasına görə, tapılan kitabələrdə, elə təxminən İsanın yaşadığı dövrdə, Anadoluda yaşamış bir övliyadan bəhs olunur. Bu övliyanın adı Apollonius imiş və çox müqəddəs, ağır pir sayılırmış. Ölüləri dirildirmiş, Efesdə büyük bir vəba epidemiyasının və qıtlığın, aclığın qarşısını alıbmış, möcüzələr göstərirmiş, Roma imperatoru onunla o qədər hesablaşırmış ki, şəhərdən vergi almayıbmış.
Altındal deyir ki, İncildəki İsanın prototipi bu adamdır. Yoxsa möcüzələrdə bu qədər oxşarlıq, eynilik ola bilməz. Apolloniusun obrazını götürüb, ondan zamanla peyğəmbər düzəldiblər.


Xəbəri paylaş

9038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___