Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı müğənni ilə evlənən xalq artisti şikayətləndi
Tarix: 07-01-2016 | Saat: 15:04
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Azərbaycanlı müğənni ilə evlənən xalq artisti şikayətləndi
"Yusif paltarlarını çıxardıqdan sonra hara oldu atırdı".
38 yaşlı azərbaycanlı tenor Yusif Eyvazovla evlənən tanınmış rusiyalı opera ifaçısı, xalq artisti Anna Nеtrebko ərində onu daha çox əsəbləşdirdirən xasiyyətləi açıqlayıb.

İki məşhurun toyundan cəmi bir həftə vaxtın keçməsinə baxmayaraq, Annanın sözlərinə görə, cütlük toydan əvvəl uzun müddət bir-birinin xasiyyətinə uyğunlaşmağa çalışıblar. Opera ifaçısı hər ikisinin həyat tərzinin müxtəlif olduğu və nöqsanlarla mübarizə apardığından söz açıb.

"Birgə yaşadığımız vaxtlarda Yusif paltarlarını çıxardıqdan sonra hara oldu atırdı. Onun bu vərdişi ilə uzun müddət mübarizə apardım. Hər dəfə onun paltarlarını qarderobda səliqəyə salırdım, o yenə də hər şeyi əvvəlki dağıdırdı. Mən sevgilimə başa salmağa çalışırdım ki, qarderob əşyaları səliqəli yığmaq üçün yaradılıb. Burada təmiz-çirkli paltarları, kəmərlə corabları, şalvarla köynəyi eyni yerə qoymazlar. Amma dediklərim əbəs imiş...", - deyə gəlin gileylənib.

Azərbaycanlı müğənni ilə evlənən xalq artisti şikayətləndi

Yusif də öz növbəsində həyat yoldaşının xoşlamadığı xasiyyətindən danışıb. "O, həmişə mənim sözümü sonadək qulaq asmadan kəsib. Onu başa düşürəm. Həmişə tək olub. Hər bir işi tək görməyə alışıb. Sonra yanında bir kişi olub ki, o da Annaya dəyər verməyib. Amma indi sevgilim təzə-təzə alışmağa başlayıb ki, ona arxa olan biri yanındadır", - deyə azərbaycanlı müğənni bildirib.

Təzə gəlin deyib ki, əslində, ailələrində bu kimi halların olmasına baxmayaraq, hər şey normaldır. "İndi biz əvvəlkilərə nisbətən daha xoşbəxtik. Öz nöqsanlarımızı biləndə və buna öyrəşəndə bir-birizmizə daha çox bağlanmağa başladıq".

Məşhur cütlüyün toyu dekabrın 29-da Avstriyanın paytaxtı Vyanada baş tutub.


Anna Nеtrebko və Yusif Eyvazovun toyundan

"Palais Coburg" otelində keçirilən mərasimdə Filip Kirkorov şahid kimi iştirak edib. Mərasimdə İqor Krutoy, əfsanəvi tenor Plasido Dominqo və həmçinin bir çox başqa musiqiçilər, bəstəkarlar və müğənnilər iştirak edib. Ümumilikdə toya təxminən iki yüz qonaq dəvət olunub.


Toydan görüntülər


Xəbəri paylaş

8958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___