Ev telefonunun nömrəsini dəyişməyin – ƏN ASAN YOLU
Tarix: 07-01-2016 | Saat: 14:10
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər
Ödəniş aparılmasa, nömrə dəyişmə şifri ləğv olunacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektron xidməti üzərindən abunəçilər şəhər telefon nömrəsini asanlıqla dəyişdirə bilər.
Xeberaz.az ıctnews.az-a istinadən xəbər verir ki, bunun üçün "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olmaq kifayət edir.
Belə ki, portalda qeydiyyatdan keçmiş, telefon nömrəsi öz adına olan abunəçilər RYTN-in "Telefon nömrəsinin dəyişdirilməsi" xidmətinə daxil olmaqla istəyini həyata keçirə bilər. Növbəti səhifədə portal istifadəçisinin adına olan şəhər telefon nömrəsi avtomatik olaraq açılacaq.
Aşağı hissədə isə boş olan telefon nömrələrinin siyahısı əks olunacaq. Xüsusi düymə vasitəsilə həmin siyahıdakı istənilən nömrəni seçmək mümkündür.
Qeyd edək ki, abunəçi özü nömrə seçimi etdiyi halda 50 AZN, seçmədiyi təqdirdə isə 20 AZN ödəməli olur. Bundan sonra "Davam et" düyməsini sıxmaq lazım gəlir.
Sifariş qəbul edildikdən sonra ödəniş məbləği, nömrə dəyişmə əməliyyatının hansı telefon qovşağı tərəfindən aparılacağı, ödəniş şifri və digər məlumatlar ekranda görünəcək. İstifadəçi "Online ödə" düyməsini klikləməklə internet vasitəsilə ödənişi apara bilər.
Ödəniş 24 saat ərzində aparılmasa, nömrə dəyişmə şifri ləğv olunacaq.
Xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 3 iş günü ərzində telefon nömrəsi dəyişdiriləcək.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

12-10-2022, 11:27
`MADO`da müştəriləri QARƏT EDİRLƏR - GİLEY
12-10-2016, 18:06
Tərtərdə dollar satan şəxsin gözünü çıxarıb, işgəncə ilə öldürdülər
13-09-2016, 09:35
Zabit Səmədov müsəlmanları təbrik etdi – Video
14-05-2016, 16:14
Qarabağa dair “3+2 formatı”
28-05-2017, 11:02
Mədinə Məliki kim hədələdi?
10-05-2017, 11:12
Alişan evlənir - Ailələr tanış oldu
21-09-2015, 02:01
Son illər döymə etdirən qadınların sayı sürətlə artır - FOTO
24-04-2016, 17:38
“Torpaqlarımız ermənilərin qanı tökülməklə azad olunacaq...” - Nazirlikdən xəbərdarlıq
19-04-2016, 12:31
“Atışma səsləri eşidir, oyananda deyir üstümdə qan var” - Əsgər anası