Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maaşlarımızdan 10 manat çıxılacaq
Tarix: 07-01-2016 | Saat: 10:53
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Maaşlarımızdan 10 manat çıxılacaq


Azərbaycanda tibbi sığortanın tətbiqi üçün artıq tələb olunan qanunvericilik bazası formalaşıb və faktiki işləri həyata keçirmək olar. Azərbaycanın səhiyyə sektorunun inkişafı və idarəetmənin hazırki vəziyyəti bu sistemə keçidi zəruri edir.

Xəstəxana, poliklinika, ambulatoriya və digər səhiyyə obyektlərinin maddi-texniki vəziyyəti, müasir avadanlıqlarla təchizatı, həkimlərin icbari sığorta ilə bağlı xarici təcrübəni mənimsəməsi və digər amillər sığorta müxanizmlərinin və digər amillər sığorta mexanizmlərinin tətbiq olunmasına imkan verir. Nazirləri Kabineti yanında yaradılmış İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturnun formalaşdırılması buna əlverişli zəmin yaradır.

İcbari tibbi sığortanın üstünlükləri nədir və bu sığorta növü vətəndaşların müayinə və müalicəsi üçün hansı əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, tibbi sığorta olmadan normal səhiyyə sistemini təsəvvür etmək mümkün deyil. Azərbaycanda icbari tibbi sığorta ilə bağlı bir neçə ildir ki, dövlət büdcəsindən vəsait ayrılmasına baxmayaraq, bu sahədə hələ də problemlər qalır. Bunun üçün bütün tərəflər hazır olmalıdır. Bu, müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir. Ona görə də maliyyələşmənin bütün komponentlərini həll etmək gərəkdir.

İcbari tibbi sığortaya əsasən, sığorta hadisəsi baş verdikdə əhalinin tibbi və dərman yardımı almasına dövlət təminat verəcək. Vətəndaş zərurət yarandıqda tibbi və dərman yardımı ala bilmək üçün əməkhaqqından və gəlirindən hər ay sığorta təşkilatına müəyyən həcmdə pul köçürəcək. Hələlik həmin məbləğin həcmi məlum olmasa da, tibbi sığorta ilə bağlı yeni layihəyə əsasən, bu, əmək qabiliyyətli hər bir vətəndaş üçün 5-10 manat, işəgötürənlər üçünsə 10-12 manat təşkil edəcək. Əhalinin sosial baxımdan güzəştli kateqoriyası isə icbari sığorta haqqı ödəməkdən azad olunacaq.

M.Quliyev hesab edir ki, ölkədə icbari sığortanın tətbiqi səhiyyə sisteminin maliyyələşdirilmə mexanizminin dəyişdirilməsinə, bu sahədə korrupsiya hallarına qarşı mübarizəsinin gücləndirilməsinə şərait yaradacaq.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
10-09-2016, 14:58 Sabah yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___