Azərbaycanda müflisləşmiş bankla bağlı yeni xəbər
Tarix: 06-01-2016 | Saat: 12:50
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanda müflis elan edilməklə iflas proseduruna başlanılmış “Evrobank” ASC-yə qarşı tələbləri qəbul olunmuş kreditorların siyahısının təsdiq edilməsi məsələlərinə baxılması üçün məhkəmə dinləmələri yanvarın 14-nə təyin edilib.
“APA-Economics”in məlumatına görə, bununla əlaqədar yanvarın 14-də saat 15:30-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında hakim Elçin Məmmədovun sədrliyi ilə məhkəmə dinləmələrinə baxılacaq.
Bildirilir ki, “Banklar haqqında” qanunun 77.7-ci maddəsinin tələbinə əsasən kreditor qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzrlü səbəb olmadan gəlmədikdə onun tələbləri rədd edilir.
Kreditorlar əlavə məlumat almaq üçün ləğvedicinin vəkalətli nümayəndəsi Elçin Mustafayevə müraciət edə bilər.
Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qərarı ilə “Evrobank” müflis elan edilməklə iflas proseduruna başlanılıb. “Evrobank”ın ləğvedicisi “Azerbaijan İnternational Consulting Company” MMC təyin edilib.
Xəbəri paylaş
5548 dəfə oxunub.
Digər xəbərlər

9-05-2017, 22:20
Gəncə sakini özünü bıçaqlayıb
20-08-2016, 21:51
Azərbaycanlı model ilk dəfə komedik janrlı filmə çəkilir – FOTO
25-01-2016, 12:25
Dövlət qurumunda müdirlə işçinin ŞOK görüntüləri yayıldı (VİDEO)
21-02-2017, 12:25
Göyçayda nişan mərasimində QAN TÖKÜLDÜ - YENİ QOHUM KOMAYA DÜŞDÜ
14-03-2021, 19:17
Bakıda 33 yaşlı kişi bıçaqlandı
19-06-2015, 17:40
Bakıda mərkəzi yollar iki gün bağlı olacaq
21-05-2021, 21:45
Energetik içkilər beyində iltihab yaradır - Hər gün içənlər təhlükədə
24-07-2015, 15:57
Ər axtaran, evlənmək istəyən, banklara borcu olan İŞİD-çılar... (FOTO)
7-09-2022, 12:36
Hər gün 1 banan yeyən insanın orqanizmində bu möcüzələr baş verir