Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fuad Zeynalov: “Ölkə başçımızın qayğısı nəticəsində uğurlarımız davam edir”
Tarix: 05-01-2016 | Saat: 13:34
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Fuad Zeynalov: “Ölkə başçımızın qayğısı nəticəsində uğurlarımız davam edir”


Dekabrın 29-30-da Bakıda Hövsan Olimpiya İdman Kompleksində Budo Döyüş Növləri üzrə beynəlxalq turnir və Kubok yarışları keçirilib. Beynəlxalq turnirdə Dünya və Avropa çempionu, dünya kubokunun sahibi, Əməkdar məşqçi, kapitan rütbəli, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi Fuad Zeynalovun rəhbərliyi altında "Sərhədçi" İdman Olimpiya Mərkəzinin 23 nəfərdən ibarət yığma komandası da öz güclərini sınamışlar. Yığma komanda 6 qızıl, 5 gümüş və 3 bürünc medala sahiblənərək bütövlükdə 14 medal qazanmışlar. Bunlardan Mehdiyev Sinan 30 kg 2-ci yer, Elcan Əlikişiyev 60 kg 2 ci yer, Elşad Şahbazov 55 kg 1ci yer, böyüklərdən Məqsəd Hacıyev 60 kg 1 ci yer, MMA da isə Giya Kakxidze 4 döyüş, 4 təmiz qələbəsi, həmçinin 56 kq çəkidə olan xanım idmançımız Əliyeva Narmina fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Qeyd edək ki, idmançılar sırasında Giya Kakxidze və xanım idmançımız Əliyeva Narmina öz texniki göstəricilərinə görə yarışın ən yadda qalan idmançıları olmuşlar. F. Zeynalov qeyd edib ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, idman sahəsində də misilsiz uğurlar qazanılıb. O, milli komandanın hazırlığı üçün həm dövlət, həm də federasiya tərəfindən yüksək şərait yaradıldığını bildirib: "Xüsusən də Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm. Yaradılan şərait nəticəsində idmançılarımız çox möhtəbər yarışlarda Azərbaycan bayrağını yüksəldirlər". Qeyd edək ki, Dünya Budo Döyüş Növləri Federasiyası 82 ölkədə fəaliyyət göstərməkdədir.


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___