Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Astarada piyadanı öldürən sürücü tutuldu
Tarix: 05-01-2016 | Saat: 12:53
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Astarada piyadanı öldürən sürücü tutuldu
Cinayət işi başlanıb.

Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamir Həsənovun yanvarın 2-də saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi faktı ilə bağlı Astara rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Xeberaz.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Lənkəran rayonu, Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Cəfərov etibarnamə əsasında idarə etdiyi “Daimler Chrysler 308D” markalı 42-BK-492 dövlət qeydiyyat nişanlı mikroavtobusla Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən piyada Zamir Həsənovu vurub hadisə yerindən qaçıb.

Astara rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinən İ. Cəfərov yanvarın 3-də tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___