Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı alimin 65 yaşı qeyd edidi
Tarix: 04-01-2016 | Saat: 13:47
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Müsahibə / Təbriklər | çapa göndər

Azərbaycanlı alimin 65 yaşı qeyd edidi


Xeberaz.az Kanal24-ə istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanov yanvarın 2-də ömrünün 65 illiyini ailəsi ilə birlikdə qeyd etdi.

Dəyərli izləyicilər qısacada olsa Elşad müəllimin həyat yoluna nəzər salaq.

Professor Elşad Qurbanov 2 yanvar 1951ci ildə Zengazur mahalnın Sisian rayonunun Urud kəndində anadan olub.

Oxuyub öyrənməyi hər şeydən çox sevən Elşad müəllim 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1988-ci ildən botanika kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb.

1992-ci ildən bu günə qədər isə BDU-nun botanika kafedrasının müdiri vəzifəsində işləyir. E.M.Qurbanov 1984-cü ildə biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini və həmin ildən professor elmi adını alıb, 2000-2002- ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur. 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Professor Elşad Qurbanov Azərbaycan Botanika Elminin inkişafına verdiyi töhhfələrlə fərqlənən alimlərdəndir və onun çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən daima dəyərləndirilib. Və bunun nəticəsidir ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. "Avropa nəşr mətbuat Evi"nin ən yaxşı vətəpərvər tədqiqatçı alim kimi qızıl medalla təltif olunmuşdur. Eyni zamanda yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə 2009, 2012-ci illərdə «İlin alimi», pedaqoji fəaliyyətinə görə 2010-cu ildə “İlin müəllimi” fəxri adlarını almış, Təhsil Nazirliyinin Fəxri Fərmanları, BDU-nun 75 illiyinə həsr edilən xatirə medalı ilə mükafatlandırılıb.

“Bitki morfologiyası”, “Ali bitkilərin sistematikası”, “Bitkilərin coğrafiyası və Yerli flora”, “Bitki örtüyünün mühafizəsi”, “Meşəçilik” və s. fənlərdən mühazirələr oxuyan biologiya elmləri doktoru, professor Elşad Qurbanov 254 elmi əsərin, 12 kitabın, 40-dan artıq dərs proqramlarının və metodik göstərişlərin, 4 müəlliflik şəhadətnaməsinin müəllifi və 15 kitabın elmi redaktorudur, o dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarda (Avropa ölkələrində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Türkiyə Cumhuriyyətinin bir çox Universitetlərində, Gürcüstanda, İran İslam Respublikasında) çıxış etmişdir. Onun müəllifliyi ilə “Azərbaycanın Qırmızı Kitabı”nın (II cildlik) 2-ci nəşri çap olunub. Bundan əlavə "Azərbaycan Milli Atlası"nda onun bir neçə xəritəsi çap olunmuşdur.

Bir sözlə Elşad müəllim botanika elminin sistematika və geobotanika sahəsində tədqiqatlar aparan, geobotanika elminin yeni biliklərlə zənginləşdirilməsində xidmətləri olan tanınmış alimdir. O, Azərbaycanda geobotanika elminin hazırki səviyyəyə çatdırılmasında böyük rol oynamışdır. Hal-hazırda elmi fəaliyyəti əsasən Azərbaycanınn flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. Eyni zamanda rəhbərlik etdiyi kafedrada yeni proqramların, dərslik və dərs vəsaitlərinin, metodik göstərişlərin və s. kimi işlərin həyata keçirilməsi sahəsində mütəmadi olaraq çalışmaqdadır.

Ailəlidir. İki oğlu və 4 nəvəsi var.

Kanal24 kollektivi adından professor Elşad Məcnun oğlu Qurbanovu səmimi qəlbdən təbrik edir, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Doğum gününüz mübarək!


Xəbəri paylaş

1 0328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___