Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki nəfər şaxtalı havanın "qurban"ı oldu
Tarix: 04-01-2016 | Saat: 12:01
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

İki nəfər şaxtalı havanın "qurban"ı oldu
Hər iki şəxsə tibbi yardım göstərilib.
Azərbaycanda bayram günülərində müşahidə edilən qarşı, şaxtalı hava Gəncədə iki nəfərin xəstəxanalıq olmasına səbəb olub.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Xeberaz.az-ə verilən məlumata görə, şəhərin 4-cü mikrorayon ərazisində yaşayan 1987-ci il təvəllüdlü Elmir Tofiq oğlu Musayev sol bud sümüyününü çıxığı diaqnozu ilə xəstəxanaya gətirilib. İlkin tibbi yardım göstərilən Elmir Musayevin vəziyyəti normaldır. Onun buzlu yolda yıxıldığı bildirilir.
Havaların soyuq keçməsinin və yolların buzlu olmasının digər bir "qurbanı" 40 yaşlı qadın olub. Xəstəxanadan bildirdilər ki, Gəncənin Təbriz küçəsi 5-ci döngədə yaşayan 1975-ci il təvəllüdlü Afət Abdulla qızı Tağıyeva buzlu yolda yıxılıb. Sağ baldırı sınan qadına xəstəxanada lazımı tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Məlumat üçün bildiriək ki, dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib. Paytaxt Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkənin böyük hissəsində intensiz qar yağıb, yollar buz bağlayıb. Temperatur 5-10 dərəcə aşağı enib.
Bəzi yerlərdə qarın hündürlüyü 80 sm-ə çatıb.


Xəbəri paylaş

6488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___