Bu məhsulların xammalı üçün vergilər 2 dəfə artırıldı
Tarix: 01-01-2016 | Saat: 14:05
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Qanuna dəyişiklik edilib.
Yanvarın 1-dən Azərbaycanda mədən vergisi artırılıb.
Xeberaz.az-ın APA-ya istinadən məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
İndiyə qədər mədən vergisinə cəlb edilən qeyri-filiz faydalı qazıntılarından seolit, barit, mişar daşları, çınqıl xammalı, yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər, bentonit gilləri, kərpic-kirəmit gilləri, vulkan külü və pemza, kvars qumları, tikinti qumları, sement xammalının (əhəng daşı, mergel, gil, vulkan külü) hər 1 kubmetri üçün 0,5 manat mədən vergisi tutulub. Yanvarın 1-dən bu qeyri-filiz qazıntıları ilə bağlı mədən vergisi 2 dəfə artırılır, hər 1 kubmetr üçün 1 manat mədən vergisi tutulacaq. Qiymətli və yarımqiymətli bəzək daşları üçün mədən vergisi vergi 4 manatdan 6 manata qaldırılıb. Üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) üçün vergi isə dəyişdirilməyib. Üzlük daşlarının hər 1 kubmetri üçün yenə də 1 manat vergi alınacaq.
Qanuna əsasəq 1 yanvar 2016-cı ildən duz, yodlu-bromlu sular və mineral suların hər 1 kubmetrinə tətbiq olunan mədən vergiləri də artırılıb. Duz üçün mədən vergisi 4 manatdan 6 manata, yodlu-bromlu sular üçün mədən vergisi 0,02 manatdan 0,04 manata, mineral sular üçün mədən vergisi 6 manatdan 10 manata qaldırılıb.
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

3-07-2016, 18:08
Məhəmməd Əli nədən qorxurmuş? - DOST XATİRƏSİ
19-01-2017, 16:17
“Rusiyadan yeni silahlar alacağıq” - İlham Əliyevdən açıqlama
26-06-2017, 11:19
"Xalq artisti süni tənəffüs aparatına qoşulub" - Ölüm xəbəri yalandır
17-11-2022, 13:59
"Səhər işə getdim, axşam qayıdanda gördüm ev yoxdur"... - Vətəndaşın başına oyun açdılar // VİDEO
4-12-2016, 15:16
Bu kəlmələri əsla deməyin!
15-10-2019, 11:32
Rəhim Dilarəni işə götürdü
10-08-2015, 13:24
Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO
12-11-2015, 17:25
İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
8-07-2015, 21:42
Qarabağdan yeni FOTOLAR
15-05-2016, 17:28
Berlindən Ankara və Bakı üçün kritik qərar