Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda su və kanalizasiya tarifləri bahalaşmayacaq
Tarix: 29-12-2015 | Saat: 16:59
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Azərbaycanda su və kanalizasiya tarifləri bahalaşmayacaq
“Azərsu” rəsmisi məsələyə münasibət bildirib.

Bu gün su və kanalizasiya xidmətləri tariflərinə yenidən baxılması məsələsi gündəmdə deyil.
Xeberaz.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, bu gün “Azərsu” ASC-nin qarşısında duran ən əsas məsələ itkilərin aşağı salınmasıdır:

“Bununla, rentabelli səviyyəyə çıxa bilərik. Məqsədimiz budur ki, “Azərsu” mənfəət əldə edə bilsin. Ötən dövrdə Bakı şəhəri və regionlarda gördüyümüz işlər görülüb. Bunların arasında şəbəkənin sağlamlaşdırılması, yeni xətlərin quraşdırılması və sair işləri sadalamaq olar. Rayon və şəhərlər üzrə itkilərin 15-20% aşağı salınmasına nail ola bilmişik. Bizim işimizi ən çox əngəlləyən primitiv üsullarla boru xətlərinin çəkilməsidir”.

Şöbə rəhbəri bildirib ki, “Azərsu“nun Bakıətrafı kənd və qəsəbələrdə itkiləri daha çoxdur.

O qeyd edib ki, yeni şəbəkənin quraşdırılması su itkilərinin minimuma endirilməsinə imkan verəcək.


Xəbəri paylaş

6828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___