Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda müəmmalı qətl
Tarix: 27-12-2015 | Saat: 19:17
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Azərbaycanda müəmmalı qətl


Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.
Bərdədə müəmmalı ölüm hadisəsi baş verib. Xeberaz.az-in məlumatına görə, hadisə rayonun Ərəblər kəndində qeydə alınıb. Kənd sakini Muxtar Hüseynovla həmkəndlisi 62 yaşlı Asif Mustafayev mübahisə edib. Asif Mustafayevin oğlunun sözlərinə görə, mübahisə uşaqların arasındakı dava nəticəsində yaranıb. Valideynlərin qarışması isə mübahisənin daha da böyüməsinə səbəb olub. İntiqam Mustafayevin sözlərinə görə, Muxtar əvvəlcə onun qardaşını avtomobillə vurub.

Azərbaycanda müəmmalı qətl
İntiqam Mustafayev-mərhumun oğlu

"Vurandan sonra düşüb, kişinin yaxasından tutub, yumruqlayıb. Yerə uzadıb qaçdılar. Təcili tibbi yardım maşını gəldi, dedi ki, kişi ölüb. Biz tərpətmədik, elə burda keçindi",- deyə mərhumun oğlu İntiqam Mustafayev bildirib.

Kənd sakinlərinin sözlərinə görə, Asif Mustafayev əvvəllər infarkt keçirib. Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları da hadisənin baş verdiyi əraziyə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Baş vermiş ölümlə bağlı rayon prokurorluğunda aradırma başlanıb. Asif Mustafayevin dəqiq hansı səbəbdən öldüyü isə aradırmalardan sonra məlum olacaq.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
29-10-2018, 14:26 Merkel istefa verir

bütün xəbərlər
____ Instagram ___