Bakıda hərəkət istiqaməti dəyişdiriləcək marşrut avtobusları bəlli oldu - VİDEO
Tarix: 11-03-2015 | Saat: 22:46
Bölmə:İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər
Nəqliyyat Nazirliyi xüsusi sxem hazırlayıb.
I Yay Avropa oyunları ilə əlaqədar hərəkət istiqaməti dəyişdiriləcək marşrut avtobusları bəlli oldu.
Xeberaz.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, artıq Nəqliyyat Nazirliyi bununla bağlı xüsusi sxem hazırlayıb.
Sxemdə oyunların təşkil olunduğu ərazilərdə hərəkət edən marşrut avtobuslarının nömrələri yer alıb.
Belə ki, Ziya Bünyadov prospektində hərəkətdə olan 133, 171, 1 saylı avtobusların, eləcə də Bayıl istiqamətində xəttə çıxan 120, 124, 88 saylı avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Hazırda sxem üzərində işlər aparılır.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, oyunların keçirildiyi daha bir neçə ünvanda avtobusların hərəkət istiqaməti dəyişdiriləcək.
NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov avtobusların dəyişəcək istiqamətinin aprel ayında açıqlanacağını bildirdi.
İstiqaməti dəyişdirilən avtobuslar üçün alternativ yollar müəyyən ediləcək.
Hazırda Nazirlik istiqaməti dəyişdiriləcək avtobusların mənzil başına rahat çatması üçün alternativ yollar axtarır. Qurumdan bildirirlər ki, sərnişinlər bu alternativ yollar vasitəsi ilə əvvəlki qaydada istədikləri ünvana gedə biləcəklər. Bu işlərin həyata keçirilməsində məqsəd isə oyunlar ərəfəsində yollardakı xoşagəlməz halların qarşısını almaqdır.
Nazirlikdən şəxsi avtomobil sürücülərinə də xəbərdarlıq olunur ki, mümkün qədər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.
Xəbəri paylaş
9118 dəfə oxunub.
Digər xəbərlər

12-01-2017, 13:32
Azərbaycanda kreditlər nağdsız formada veriləcək
4-08-2021, 23:04
Bu şəhərdə vaksin olunmayanlara çörək satılmayacaq
25-09-2016, 00:32
Astroloji proqnoz - 25 sentyabr
14-12-2016, 17:49
Nadir Qafarzadə unudulmuş mahnını oxudu “Bu da bu” - VİDEO
4-04-2016, 13:03
Qadının evindən oğurluq edən 2 nəfər tutuldu
24-12-2016, 00:13
Əli Əhmədov: Heydər Əliyev ideyalarına sədaqət müasir Azərbaycan dövlətçiliyinə sədaqətin bir növ simvoluna çevrilib
24-02-2017, 12:01
Bakıda FACİƏ: akademiya məzununun meyiti tapıldı
20-06-2019, 20:25
Əli Nağıyev DTX rəisi oldu
4-01-2020, 18:34
Bakıda dörd maşın TOQQUŞDU - Xəsarət alan var
7-10-2016, 14:29
İlkin Həsəni “bulvarda” sevişən cütlüyün GÖRÜNTÜSÜNÜ YAYDI - FOTO