Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müğənni Beynəlxalq Bankdan şikayət etdi
Tarix: 07-01-2016 | Saat: 18:57
Bölmə:İqtisadiyyat / Gündəm / Hadisə / M2 | çapa göndər

Müğənni Beynəlxalq Bankdan şikayət etdi
Müğənni Elnarə Xəlilova Beynəlxalq Bankın xidmətlərə görə aldığı rüsumun artırılmasına etiraz edib.

“İnstagram”da bu barədə yazan E.Xəlilova Beynəlxalq Bank göstərdiyi xidmətlərin dəyərini 50 faiz qaldırdığını bildirib.

“Bundan sonra bankomatdan pul çıxararkən hər 100 AZN-ə 1.60 manat tutulacaq. Bankomatlar dollarla işləyir? Bu cür qərar verənlər, nəzərinizə çatdırmaq istəyirəm ki, əhalinin məvacibi hələ də qaldırılmayıb.

Maraqlıdır ki, bir il öncə dolların məzənnəsi 0.78 olanda Beynəlxalq Bank niyə hər 100 manata 78 qəpik tutmurdu? 10 milyarlıq oğurlanmış pulu biz qaytarmalıyıq?”

Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli isə Gün.Az-a açıqlamasında bildirib ki, bu dəyişikliklərin pensiya, müavinət və digər sosial kartlara heç bir aidiyyəti yoxdur.

“Bu kartlardan istifadə şərtləri əvvəlki kimi yenə dəyişməz qalır. Bu dəyişikliklər çalışdıqları müəssisə ilə Azərbaycan Beynəlxalq Bankı arasındakı müqaviləyə əsasən, əmək haqlarını bu bankın kartları vasitəsilə alan işçilərə əməkhaqqı ödənişlərinə də hər hansısa şəkildə təsir göstərmir.

İşçilər öz məvaciblərini ölkə daxilində Azərbaycan Beynəlxalq Bankının bankomatlardan çıxaran zaman yenə heç bir komisyon haqq ödəmirlər”.

Ödəniş kartları üzrə xidmət tariflərinin dəyişməsi səbəbinə gəlincə isə, onun sözlərinə görə, bu xidmətlərin tarifləri Bankın beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlığı çərçivəsində müəyyənləşir.

“Bank beynəlxalq ödəniş sistemlərinə komisyon haqlarını xarici valyuta ilə ödəyir. Bundan başqa, ödəniş kartlarının ölkəyə gətirilməsi, kartlara xidmət üzrə lazımi texniki infrastrukturun yaradılması, məsələn, bankomatların, POS-terminalların alınması, onların daim işlək vəziyyətdə saxlanması xərcləri xarici valyuta əsasında hesablanır.

Beləliklə, bu xidmətlərin maya dəyərinin əhəmiyyətli hissəsi xarici valyuta hesabına başa gəldiyindən manatın xarici valyutalar qarşısındakı məzənnə dəyişiklikləri xidmət tariflərində də nəzərə alınmalıdır.

Vəsaitlərin nağdlaşdırılması zamanı komisyon haqq ödəməli olan digər müştərilərin bu xərci aradan qaldırmaları üçün ən uyğun yol isə onların imkan daxilində nağdsız ödənişlərdən istifadə etmələridir. Bu zaman onlardan heç bir komisyon haqq tutulmur”.

Gün.Az



3598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___