FHN-dən qeyri-sabit hava ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ
Tarix: 18-09-2023 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
798 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-09-2023 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fövqəladə Hallar Nazirliyi ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir ki, ötən gündən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə intensiv yağışlar yağıb, bəzi çaylardan sel keçib.
"Qeyri-sabit hava şəraitinin hazırda davam etməsi ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırırıq.
Belə ki, mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - deyə müraciətdə bildirilib.
Xəbəri paylaş
Digər xəbərlər
24-05-2019, 10:22
Naz Mila ƏRƏ GETDİ-Foto
30-05-2016, 13:13
ABŞ-da prezidentliyə ilk RƏSMİ namizəd
25-07-2021, 03:40
Yüksək vəzifəli şəxslərin niyə bəziləri ölkə başçısına sədaqətli olmur?
25-05-2016, 23:09
Qonşuları Qazaxıstandan üz çevirdi
29-06-2015, 23:26
Ermənistanda nümayişçilər arasında fikir ayrılığı yaranıb. (FOTO)
21-05-2020, 06:34
Türkiyəyə istirahətə getmək istəyənlərin diqqətinə
28-08-2016, 13:47
Qaynatası maşını əlindən aldı, kürəkən qaynatanın evindən oğurluq etdi
19-09-2015, 16:51
Ebru Şancı Belçikadakı tarixi bir məkanda toy etdi - FOTO
11-06-2018, 01:41
Cabir Novruzun sonbeşiyi vəfat etdi