Analjezik təsiri ilə oynaqların funksiyasını yaxşılaşdıran təbii resept.
Resept:
- 300-400 qram sarımsağın qabığını soyun, ətçəkən maşından keçirin, litrlik bankaya qoyun və yaxşı hazırlanmış bitki yağı ilə doldurun.
- Tərkibini gündəlik qarışdıraraq qaranlıq yerdə 2 həftə saxlayın.
- Bu qarışımı 3-4 qat cuna ilə süzün.
İstifadə qaydası: ağrıyan yerə sürtün (məsələn, osteoxondroz olan bel və ya artrozlu oynaqlara). Daha sonra həmin hissəni polietilen torba ilə bağlayın.
Artıq ilk günlərdən rahatlıq, hərəkətliliyin bərpası və ağrıların azaldığını hiss edəcəksiniz. Müalicə kursy iki aydır.
Sarımsaq oynaq nahiyəsində qan dövranını yaxşılaşdırır və funksiyalarının bərpasına kömək edir.