Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Kişi ata-anasından nə görürsə, xanımına da onu yaşadır"
Tarix: 04-06-2023 | Saat: 21:24
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


Əməkdar artist Nigar Şabanova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Ifaçı sosial şəbəkədə həyat yoldaşından boşanmaq istəməyən və onu ölümlə hədələyən şəxsin görüntülərini yayaraq şiddət görən qadınlara səslənib. O, belə hallarda xanımlara polisə müraciət etməyi tövsiyə edib:

"Belələrini polislə yola salanda insan elə rahat olur. Sonra beləsinə deyirsən ki, səni atdım küçəyə və dərindən nəfəs alıb gülürsən. Təcrübə danışır. Xanımlar, ürəkli olun, qorxmayın. Zibilin yeri küçədir, atın getsin, evi iylətməyin. Qadına qalxan əli qanun bilir nə edir. Hər şeyə dözün, eybi yox, deyin, nəyinsə xətrinədir. Amma zorakılığa əsla, rədd edin, çəkinməyin. İnanın zamanla özünüzdə hüzur tapacaqsınız ki, beləsini "leş" kimi atdın küçəyə. Edin və çəkinməyin. Böyük təcrübə. Baxırsan ki, gedir polisin qarşısında, üzün gülür ki, hanı bəs güclü qolun? Get, anana qaldır indi. Kişi ata-anasından nə görürsə, xanımına da onu yaşadır".

Qeyd edək ki, N.Şabanova XTQ giziri, hərbçi Xəyyam Qaragözov ilə ailəli olub və onlar boşanıblar.






Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___