Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edibmiş... - TƏFƏRRÜAT
Tarix: 19-03-2023 | Saat: 12:32
Bölmə:Karusel / Hadisə | çapa göndər



Xəbər verildiyi kimi martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Sabunçu rayon prokurorluğundan  bildirilib ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.




Xəbəri paylaş

1798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___