Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Diskotekanı ölkəyə mən gətirmişəm" - Niyaməddin Musayev
Tarix: 01-02-2023 | Saat: 14:42
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


"Diskotekanı ölkəyə mən gətirmişəm" - Niyaməddin Musayev


“O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi. “Udarnik” var, ona vururdular, amma musiqi düz gəlmirdi. “Dubts-dubts” ritmi almaq üçün həmin “udarnik”ə “poduşka” qoyur, min dənə iş görürdüm. Sadə ritmlər olmurdu. Diskotekanı, o ritmləri ölkəyə mən gətirmişəm. Yeniliklər var, amma o diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də onu başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz”.

Bu sözləri Xalq artisti Niyaməddin Musayev “Künc-bucaq” yutub layihəsində qonaq olarkən deyib.

“Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqda bir kəlmə də olsun danışmırlar. Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir” deyə, o, aparıcılardan şikayətlənib.

N.Musayev həmkarlarının ifasını tənqid edərək musiqilərini düzgün oxumadıqlarını vurğulayıb:

“Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar”.



Xəbəri paylaş

3368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___