Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hər gördüyünə aşiq olan bürclər - Onların ürəyində hər kəsə yer var...
Tarix: 07-12-2022 | Saat: 12:04
Bölmə:Karusel / Qoroskop | çapa göndər



Bəzi insanların həyatı eşq macəraları baxımından zəngindir. Belə ki, bu insanlar hər qarşısına çıxana aşiq olmaları ilə fərqlənirlər. Onlar bu gün sevdikləri üçün göz yaşı axıdıb, sabah başqa bir sevgiyə yelkən aça bilərlər.

Bəzi bürclərin nümayəndələri bu cəhətdən xüsusilə fərqlənirlər.

Tərəzi

Eyni vaxtda bir neçə insanla münasibətlərini davam etdirməyi bacaran tərəzilərin bu siyahıda olması yəqin ki, təəccüblü görünmür. Onlar tez-tez fərqli insanlara aşiq ola bilərlər. Tərəzilər yalnız qalmaqdan çox qorxurlar. Onlar yalnızlıqdan yaxa qurtara bilmək üçün daim axtarışda olurlar. Tərəzilər bir münasibəti davam etdirdikdə belə, daim ehtiyat variantları əllərinin altında saxlayırlar.

Əkizlər

Digər mövzularda olduğu kimi, əkizlər sevgi münasibətlərində də qərarsız insanlardır. Heç vaxt kiminlə münasibəti davam etdirməyin daha doğru olduğuna qərar verə bilməyən əkizlərin sevgi münasibətlərində olduqca fəaldırlar. Hər qarşısına çıxana aşiq olub, onunla ciddi münasibət xəyalları qururlar. Ancaq heç vaxt əlindəkilərin qiymətini bilmirlər. Onlar münasibətləri davam etsə belə, keçmiş sevgililərinə geri dönməyin daha yaxşı olacağına qənaət gətirib, sevgililərindən ayrıla bilərlər.

Dolça

Anı yaşamaq dedikdə ilk ağılagələn şəxslər heç şübhəsiz dolçalardır. Onlar sevgini, bağlılığı ayaqlarına vurulmuş zəncir kimi görürlər. Dolçalar üçün azadlıqlarını hiss etmək hər şeydən önəmlidir. Ona görə də, diqqətini çəkən hər insanla birlikdə olmağı düşünərlər. Həyatları boyu əyləncəni ilk plana qoyan dolçaların ciddi münasibət qurub, uzun müddət davam etdirməsi olduqca çətindir.

Oxatan

Macəraları sevən oxatanlar qarşılarına çıxan hər yeni insanı növbəti macəra kimi görürlər. Onu kəşf etməyə çalışır, münasibət qururlar. Lakin daha yaxşı variantın olduğunu hiss edəndə, yaxud da münasibətdə olduğu insandan sıxılanda həmin andaca münasibəti bitirirlər. Maraqlıdır ki, oxatanlar da münasibətə başladıqları hər insana aşiq olduqlarını düşünürlər.


 




Xəbəri paylaş

4478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___