Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
NEFTÇALADA 50 SAYLI YOL IDARƏSININ MÜDIRI FIZULI BABAYEV KIMDIR ?- O HANSI YOLLARLA MILYONÇU OLUB ?
Tarix: 23-11-2022 | Saat: 12:45
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma / Reportaj | çapa göndər

Fizuli Babayev Kimdir?

Məşhur rus yazıçısı Qoqolun “Ölü canlar” əsərində bir fraza nədənsə həmişəlik yadımda qalıb. Qoqol yazırdı ki, Rusiyanın iki dərdi var, axmaqlar və yollar (duraki i doroqi)! əvvəllər fikirləşirdim ki, o boyda əsərdən niyə məhz bu söz yadımda qalıb?! Sonra belə nəticəyə gəldim ki, yaşadığım Neftçala rayonunda ən böyük problemlərdən birinin məhz yollar olması səbəbindən bu fraza yaddaşıma həkk olub, amma başqa formada: Neftçalanın iki dərdi var,yollar və Fizuli Babayev!
Fizuli Babayev kimdir?



Fizuli Babayev 30 ilə yaxındır ki, Neftçalanın asfalt yollarını sağmal mal kimi sağıb, özünə milyon manatlarla “gün ağlayan” korrupsioner məmur!
 İşlədiyi müddət ərzində 4-5 icra başçısı dəyişən Fizuli Babayev hər gələn başçı ilə necə “dil tapırsa” heç kim ona gözün üstündə qaşa oxşar nəsə var demir? Mən, hələ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyini demirəm! Burada Fizuli Babayev hansı hörmətə malikdirsə onun barəsində edilən bütün şikayətlər, güllə polad zirehə dəyib geri qayıtdığı kimi şikayətçinin üzərinə qayıdır! Belə baxanda onları da qınamıram, kim öz pul qabını itirmək istəyər?! Deyəcəksiniz ki, nə fərqi var ki, Fizuli olmasın, olsun oğlu Ruslan! Razıyam! Lakin burda bir amma var! Buda odur ki, Fizuli artıq sinaqdan çıxmış köhnə kadrdır. Yəqin ki, 30 il ərzində yetişdirilmiş belə “kadrı” AAYDA də itirmək istəmirlər və bu səbəbdən onun bütün şıltaqlıqlarına göz yumurlar! Yox əgər fikirləşsəniz ki, mən, Fizuli Babayevə böhtan atıb, onun şərəf və ləyaqətini təhqir edirəm, yaxud işgüzar nüfuzuna ləkə vururam, onda xahiş edirəm bir gün Neftçalaya gəlib qonağım olun! Onda mən Sizə rayonumuza yeganə giriş-çıxış yolu olan Neftçala-Salyan avtomobil yolundan başlamış, Neftçala şəhərinin daxili küçələrinədək bir çox yollarla yanaşı, Fizuli Babayevin fermasına gedən yolu göstərərəm. Sonra özünüz nəticə çıxararsınız!
Onu da nəzərinizə çatdırım ki, Fizuli Babayevin müəssisəyə məxsus maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb etməsini rəhbərlik bilib və yəqin bu gündə bilir! Buna sübut olaraq, hələ 2012-ci ildə bu idarə “319 saylı Yol İstismar İdarəsi” olarkən, “Azəryolservis” ASC-nin sədr müavini cənab Vaqif Hacıyevin imzası ilə Fizuli Babayevə ünvanlanmış məktubu göstərmək olar. Bu məktubda müəssisəyə məxsus maşın-mexanizlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb edilməsinin qarşısının alınması, texnika vasitələrin yalnız təyinatı üzrə istifadəsinin təmin edilməsi Fizuli Babayevə tapşırılsada, Fizuli Babayev dünəndə, bu gündə bu texnikalardan öz bildiyi kimi istifadə edir. İşçi kontingentinə gəlincə isə bu idarədə çoxlu sayda “ölü can” var! Bu barədə isə bizə “50 saylı Yol İstismarı” MMC-də avto-qreyderçi işləyən Azad Novruzov məlumat verib. Azad Novruzovun bildirdiyinə görə Fizuli Babayevin fermasında çoban olan şəxsdən tutmuş, çayxanasında işləyən çayxanaçıyadək bir çox şəxsin adı bu idarəyə müxtəlif vəzifələrdə gedir. İdarə isə demək olar ki, Fizuli Babayevə məxsusdur. Hətta bu idarəyə hal-hazırda Fizuli Babayevin oğluRuslan Babayev rəhbərlik etsədə, faktiki olaraq rəhbərlik Fizuli Babayevə məxsusdur?! Bu fakt isə onu sübut edir ki, Fizuli Babayev cəzasızlığına əmin olduğu üçün bir-belə korrupsiya faktı ilə dolu olan idarəyə oğlunu rəhbər təyin etdirib! “Təyin etdirib deyəndə” Fizuli Babayev kiməsə əmr, göstəriş verməyib, lazım olan şəxslərə 70.000 (?!) manat verib və oğlu Ruslan Babayev həyatda atasının sələfi olduğu kimi, idarədə də onun sələfi olub-bu faktı da Azad Novruzov deyir!
Deyəcəksiniz ki, bu yol idarəsi nə idarədir ki, onun rəhbərliyinə təyinat üçün 70.000 manat tələb edilsin?! Onda mən, Sizə apardığımız araşdırma nəticəsində əldə etdiyimiz və on il bundan əvvələ aid olan bir sıra faktları təqdim etmək istəyirəm:
-2011-ci ildə Neftçala şəhərinin nə üç qəsəbəsinin daxili yollarının təmiri üçün dövlət büdcəsindən 515.299,84 (beş yüz on beş min iki yüz doxsan doqquz manat 84 qəpik) manat vəsait ayrılıb;
-Bankə qəsəbəsi üzrə: 69.904,62 manat
-Xıllı qəsəbəsi üzrə: 91.874,16 manat
-Həsənabad qəsəbəsi üzrə: 59.918,11 manat
-Neftçala şəhər İƏN-i üzrə: 293.602,95 manat

Ötən on il ərzində bu vəsaitdən ən azı üç-dörd dəfə dövlət tərəfindən “50 saylı Yİ” MMC-nin hesabına köçrüldüyünü var hesab etsək, onda bu rəqəmlərin yanında 70.000-nin necə cılız göründüyünü başa düşmək çətin olmaz!
Azad Novruzov onu da qeyd etdi ki, Fizuli Babayevin həm rayon rəhbərliyi səviyyəsində, həm də AAYDA-nin rəhbərliyində himayədarları var. AAYDA-nə şikayətlə müraciət edən Azad Novruzovu pandemiya səbəbindən əvvəl qəbul etməyiblər, sonra qəbul etsələrdə sadəcə yola salıblar. Bütün bundan ürəklənən Fizuli Babayev isə AAYDA-nin əli ilə onun avto-qreyderini əlindən alıb, adınıda qoyub ki, guya azad olunmuş ərazilərdə istifadə edilir. Azad Novruzovun bildirdiklərinə görə o, bu avto-qreyderin təkcə sürücü yox, həm də mexaniki olub. Çünki adı idarədə çilingər gedən işçi Fizuli Babayevin fermasında işləyir. Bu səbəbdən çilingər –mexanik işini sürücülər özləri yerinə yetirirlər, üstəlik ehtiyat hissələrini də özləri tapıb alırlar. Azadın dediklərinə inansaq Fizuli Babayev onun texnikasını sadəcə ondan heyif almaq üçün rayondan uzaqlaşdırıb. Çünki faktiki olaraq əyləc sistemi olmayan bu texnikanın azad edilmiş ərazilərdə işləyən ən yeni, müasir texnikalar arasında nə işi var?! Bu fakt isə Fizuli Babayevin hətta Vətən sevgisi ilə necə manipulyasiya etməsinin bariz sübutudur!
Sonra isə ümid edək ki, əlaqədar strukturlar Azad Novruzovun şikayət ərizəsində göstərdiyi faktları araşdıracaq və Neftçalanın ən azından dərdlərindən biri azalacaq!

Deryaz.az



Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___