Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məcburi köçkünlər arasında sorğu keçiriilir, 34 mindən çox ailə köçürüləcək
Tarix: 23-11-2022 | Saat: 11:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Böyük Qayıdışa dair I Dövlət Proqramında azad olunmuş ərazilərin sürətli inkişafı və əhalinin dayanıqlı məskunlaşması ilə bağlı bir çox mühüm məqamlar yer alıb.

Dövlət Proqramında əksini tapan vacib məqamlardan biri də azad olunmuş ərazilərə əhalinin köçürülməsi ilə bağlıdır. Proqrama əsasən yaxın üç ildə işğaldan azad olunan ərazilərə 34 500 ailə köçürüləcək. Tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi planlaşdırılır. Bu məqsədlə 2026-cı ilədək azad edilən ərazilərdə 35 minə yaxın mənzil və fərdi yaşayış evi də inşa ediləcək.

İlk növbədə, məcburi köçkünlər arasında sorğular və bu sorğuların nəticələrinə əsasən müvafiq planlaşdırma həyata keçirilir. Əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılacaq.

Məsələ ilə bağlı  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Dövlət Proqramında öz əksini tapan prioritet fəaliyyət istiqamətlər üzrə bır sıra tədbirlərin həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də əsas və əlavə icraçı kimi iştirakı nəzərdə tutulub.

"Ümumiyyətlə, komitə Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun Tədbirlər Planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb.

Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında sorğu keçirir, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur.

Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib. Sorğu zamanı məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir.

Əminliklə demək olar ki, Dövlət Proqramının icrası məcburi köçkünlərin doğma yurda geri qaydışını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərin tezliklə dirçəldilməsinə, respublikanın sosial-iqtisadi həyatına inteqrasiyasına əlverişli şərait yaradacaqdır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Böyük Qayıdışın ilk ünvanı Zəngilan rayonun Ağalı kəndi olub. Ağalı kəndində tikilməsi nəzərdə tutulan 200 evdən 87-si istifadəyə verilib, 113 evdə isə təmir-tikinti işləri davam etdirilir.





Xəbəri paylaş

2678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___