Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Paytaxtda tıxacdan qurtulmağın yolları: Gəmi ümidi də suya düşdü? - FOTO
Tarix: 02-10-2022 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər







Hər gün yüzlərlə insan səhər işə gedərkən və ya axşam qayıdarkən tıxacda saatlarla vaxt keçirir. Tıxaclar yalnız Bakının mərkəzində və pik saatlarda deyil, şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu yalnız Bakıda müşahidə olunmur. Sumqayıtdan xeyli sayda adam hər gün Bakıya işə gəlmək üçün şəxsi maşınlardan, qatar və avtobuslardan istifadə edir.

Bəs görəsən, tıxacların qarşısını almaq niyə bu qədər müşkülə çevrilib? Sumqayıtdan Bakıya və digər ərazilərə gəmi nəqliyyatı olsa, necə olardı?

Mövzu ilə bağlı  açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin sözlərinə görə, Bakı ilə Sumqayıt arasında gəmi nəqliyyatının təşkili qeyri-mümkündür:

“Belə bir şey qeyri-mümkündür. Avantüradır. Gəmi Xəzərdə bir saat qalmalı olacaq. Xəzərdə bir saatda küləyin istiqaməti 20 dəfə dəyişir. Hava şəraiti ilə əlaqədar reys təxirə salına da bilər. Həm də uzaqdır. Düz yolu qoyub, bütün Abşeronun başına dolanmış olursan. Gec gələcək, rentabelli deyil. Bu, yanlış ideyadır”.

Ekspertin sözlərinə görə, insanların mobilliyi təmin edilməlidir:

“İnsanların mobilliyindən danışırıqsa, bunu təmin etməliyik. Bakı-Sumqayıt istiqamətindən söhbət gedirsə, burada gün ərzində insanların gediş-gəlişini təmin etmək üçün daha çox sərnişin daşıyan nəqliyyat növləri təqdim etməliyik.

Dəmiryolu şəbəkəsində də qatarların sayı çox azdır. Qurulmuş infrastrukturun daha əlçatan olmasını tələb etmək lazımdır. Stansiyalara əlçatanlıq zəifdir. Əlavə stansiyaların qurulması daha yaxşı olardı. Sıxlıq müşahidə olunur”.

R.Ağamirzəyev qeyd edib ki, ictimai nəqliyyatın prioritetini təmin etməklə sıxlıq problemini azalda bilərik:

“Bunlar üçün kompleks tədbirlər görülməlidir. Qısa və tez həll variantı şəhərdə zolaqlar şəbəkəsini təşkil etməkdir. Bu, ciddi müqavimətə səbəb ola bilər, bu gedişlə şəhəri kilidlənməyə aparırıq. İctimai nəqliyyat düzəlsə, tamam fərqli şəhərə, mühitə sahib olacağıq”.





3278 dəfə oxunub.

Digər xəbərlər
07-12-2022
bütün xəbərlər
____ Instagram ___