Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Papanin“ və “Kubinka“da XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO
Tarix: 29-09-2022 | Saat: 14:52
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər



Ötən gecə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Papanin" və "Kubinka" kimi tanınan ərazilərində, eləcə də, Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib, narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha 8 tutulub.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla alqı-satqısını həyata keçirdiklərini bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyatlar davam etdirilir.









 



5778 dəfə oxunub.

Digər xəbərlər
07-12-2022
bütün xəbərlər
____ Instagram ___