Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
GEM-in direktoru Sara Həsənovanın arxasında hansı icra başçısı dayanır..? - Sara Həsənova barəsində “KİRPİ” jurnalı yazsaydı...
Tarix: 18-08-2022 | Saat: 12:51
Bölmə:Karusel / M / Gündəm / Reportaj / Araşdırma | çapa göndər



Artıq medianın yazdığı  ən kəskin, ən sərt  yazılar belə hədəfdən yan keçir.
Atalar demişkən,  dəyirman  bildiyini eləyir, çaxçax  başını ağrıdır.
Bəlkə də çoxlarına qəribə gələcək. Amma  gəlin bəyənmədiyimiz sovet mediası ilə  müstəqil mediamızı müqayisə edək.
Sovet dönəmində  hansı məmurun adı Kirpi, ya da Mozalan  jurnalına  düşsəydi, onun ya partbileti  əlindən alınardı, ya da ən yaxşı halda vəzifədən çıxarılmaqla canını qurtarmış olardı.  
Bu gün isə müstəqil, azad  mediamız  hansısa məmur haqqında  aylarla, bəzən illərlə faktlara söykənən yazılar dərc etsə də...
Nə medianı çağırıb soruşan olmur ki, nə yazırsan, nə də haqqında tənqidi yazılar dərc olunan  məmur barəsində ölçü götürülmür.
Sözümüzün canı odur ki, medianın yazdıqları nəinki araşdırılmır, hətta medianın yazdıqları  öz əleyhinə işə düşür.
Belə ki, media ya reket elean edilir, ya məhkəməyə verilir, ya da media  rəhbəri  həbs edilir.
Heç sovet dövründə eşitmişdinizmi,  Kirpi, ya da Mozalan jurnalını hansısa məmur məhkəməyə versin..?
Sözün qısası, azadlıq, müstəqillik  istədiyini yazmaq demək deyil. Əgər medianın yazdıqlarına  dövlət qurumları heç bir reaksiya vermirsə, onda biz nə etməliyik?
Bu mənada, yəni təsir etmə mənasında tam əminliklə deyə bilərik ki, Kirpi jurnalı müstəqil mediamızdan daha azad idi. Bir daha deyirik ki, təsirinə görə...
Təsəvvür edirsiniz, az qala nazir  səlahiyyətində olan şəxs, yəni Sara Həsənova  barəsində dövrü mətbuat dayanmadan yazır. Onun barəsində yazılanları internet üzərindən toplayıb dərc etsələr 5 cildlik  roman alınar. Amma bu boyda yazılanlara 1 cümləlik reaksiya varmı..?
Söhbət  Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM)  direktoru Sara Həsənovadan gedir.
Bir daha deyirik ki, bu adamın vəzifəsi səlahiyyətlərinə və təsir imkanlarına görə nazirdən, komitə sədrindən geri qalmır.
El arasında bir söz var ee...Nikolayı taxtda görüb, Lenini qundaxda...
Bəli, Sara Həsənova sabiq səhiyyə nazirləri  Əli İnsanovu, Oqtay Şirəliyevi yola salıb, indi də yeni səhiyyə naziri Teymur Musayevi yola salmağa hazırlaşır.
Bəli, Sara Həsənova Əli İnsanovun yaxın adamı olub və onun dövründə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ( GEM ) direktoru olub.
Sonradan səhiyyə naziri  Oqtay Şirəliyevin sevimlisinə çevrilib daha böyük vəzifəyə - Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM )  rəisi vəzifəsinə təyin olunub.
Hazırda isə Səhiyyə nazirliyinin tabeçiliyində olan Respublika  Sanitar və Epidemiologiya Mərkəzinin direktorudur.
Sara Həsənovanın rəhbəri olduğu hər 3 dövlət qurumu ən böyük rüşvət və korrupsiya yuvası olub.  
Qısaca qeyd edək ki, respublikaya  gətirilən  məhsullara setrifikatı Sara xanım verib, binaların tikintisində istifadə olunan  materilların sanitar normalarına görə icazəni Sara xanım verib, biznesmenlərin  gömrükdən keçməsi üçün yaşıl işığı Sara xanım yandırıb, dəyəri milyonlarla ölçülən  saxta tenderlərə icazəni Sara xanım verib,  avtomobil hissələrinin, yanacağın alınmasına Sara xanım icazə verib və nəticədə...
Sara Həsənova milyonlara sahib olub, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara  Həsənovanın ən həssas yeri isə  bahalı içkilərdir.
Hətta deyilənə görə, yeni nazir əvəzi  Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovanın keçirdiyi  və milyonlar qazandığı saxta tenderlərin uzun siyahısını dərc etməyi artıq hesab edirik.
Hətta Sara Həsənovanın qurumun qaraj müdiri Yaşar müəllimlə bağlı məsələsini isə  hüquq-mühafizə orqanlarının üzərinə buraxırıq.
Onu da qeyd edək ki, Sara Həsənova uzun illər ona mane olmaq istəyənləri zəhmli məmurla  hədələyib.
Bu gün isə mətbuata daxil olan  məlumatdan bəlli olur ki, Sara Həsənovanın arxasında bərk gedən icra başçılarından biri dayanır.
Həmin icra başçısının kimliyi və Sara Həsənovanı necə müdafiə etməsi barədə növbəti yazıda bəhs edəcəyik.
Bizi izləyin.
https://gundelik-baku.com/




Xəbəri paylaş

4348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___